Ermənistanda əhalinin sayı ötən əsrin 70-ci illərindəkindən də aşağı enib
03.11.2016 [09:52]
Serj Sarkisyan Ermənistan dövlətini məhvə aparır
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, ölkənin xarici borclarının təqribən 6 milyard ABŞ dollarına çatması, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. Odur ki, ölkənin ziyalı təbəqəsi, eləcə də az-çox savadı və bacarığı olan ermənilər ailələrini dolandırmaq üçün həmişəlik olaraq Rusiya və başqa ölkələrə köç edirlər. İndi Ermənistanda miqrasiyanın səviyyəsi artıq o həddə çatıb ki, Milli Statistika Xidməti ölkədə əhalinin sayı ilə bağlı rəsmi məlumatları açıqlamaq məcburiyyətində qalıb.
1 oktyabr 2016-cı il tarixinə olan rəsmi məlumata əsasən, hazırda Ermənistanda daimi yaşayan ölkə vətəndaşlarının sayı 2 milyon 993,9 min nəfər təşkil edir. “Lragir.am” saytı yazır ki, bu barədə Ermənistanın Milli Statistika Xidmətinin rəsmi açıqlamasında qeyd olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu 10,1 min nəfər, yaxud 0,3 faiz azdır. Məlumatda həmçinin qeyd olunur ki, 2015-ci illə müqayisədə cari ildə ölkədə şəhər əhalisinin sayı 6,3 min nəfər azalaraq 1milyon 904,6 min nəfər təşkil edib ki, bunun da 1,9 milyon nəfəri paytaxt Yerevanın payına düşür. Eləcə də cari ildə kənd yerlərində yaşayan əhalinin təbii artımında da geriləmə müşahidə edilməkdədir. Belə ki, 1 oktyabr tarixinə olan rəsmi məlumatlara görə, respublika ərazisində kənd yerlərində yaşayan əhalinin sayı 1 milyon 89,3 min nəfər təşkil edib.
Milli Statistika Xidmətinin məlumatında daha sonra qeyd olunur ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq, məhz cari ildə Ermənistanda əhalinin rəsmi sayı ötən əsrin 70-ci illərindəki saydan - 3 milyon nəfərdən az olmuşdur. Bundan əlavə, cari ilin yanvar-sentyabr aylarında doğulan uşaqların sayı 29 min 914 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azdır.
Yerli ekspertlərin fikrincə, son iki ildə Serj Sarkisyanın başı ölkədə qurmuş olduğu kriminal hakimiyyətinin ömrünü uzatmağa qarışdığından vətəndaşların nə güzəranı, nə rifahı, nə də ki gələcək taleyi onu heç düşündürmür. İndi onu yalnız bir məsələ maraqlandırır - 2017-ci ilin aprelində keçiriləcək parlament seçkilərini hakim Respublika partiyasının xeyrinə saxtalaşdırmaq! Hakimiyyətin bütün rıçaqları və resursları da məhz bu məqsədlə səfərbər olunub.
Ekspertlərin sözlərinə görə, ötən il Seçki Məcəlləsində edilən dəyişikliklər parlament seçkilərinin saxtalaşdırılması üçün münbit şərait yaradır. Belə ki, əvvəlki seçkilərdən fərqli olaraq gələnilki parlament seçkiləri 41 seçki dairəsi üzrə deyil, artıq mərkəzləşdirilmiş 13 vilayət seçki dairələri üzrə keçiriləcək. Bu isə seçki məlumatlarının məxfiliyini hakimiyyətin xeyrinə təmin edəcək. Başqa sözlə, seçkilərin açıq və şəffaf keçirilməsinin qarşısını alacaq.
Maraqlısı isə odur ki, parlament seçkilərindən sonra Ermənistanda anormal bir vəziyyət hökm sürəcək. Belə ki, ötən il keçirilən referendumla ölkə prezident üsul-idarəli respublikadan parlament respublikasına çevrilsə də, hakimiyyət strukturunda elə bir dəyişiklik baş verməyəcək. Başqa sözlə, Serj Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ilin aprelində başa çatdığından sadə erməni vətəndaşları daha bir il müddətində də onun kriminal rejiminin quluna çevriləcəklər. Hər halda Prezident Administrasiyasının rəhbəri Armen Gevorkyanın noyabrın 1-də jurnalistlərə müsahibəsi belə deməyə əsas verir.
“Lragir.am” saytı yazır ki, Armen Gevorkyanın sözlərinə görə, Prezident Administrasiyasının maliyyələşməsi gələn il olduğu kimi davam etdiriləcəkdir. “Prezidentin səlahiyyətləri 2018-ci ilin aprelində başa çatacaq. Baxmayaraq ki, ölkə parlament idarəçiliyinə keçib, prezidentin səlahiyyətləri və Administrasiyasının maliyyələşməsi o vaxtadək olduğu kimi qalacaqdır. Odur ki, artıq əhali də bununla barışmalıdır”, - deyə Armen Gevorkyan vurğulayıb.
Maraqlıdır, iqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar, görəsən, Serj Sarkisyan, eləcə də onun kriminal rejiminin xalqı daha neçə illər boyu belə bir vəziyyətdə yaşamağa məcbur etməsinə dözə biləcəklərmi? Bəs ölkə müxalifəti necə - Serj Sarkisyanın ötən on il boyunca öz xalqına tutduğu divanı həzm edə biləcəklərmi? Öz səbatsız siyasəti ilə ölkəni uçurumun kənarına sürükləməsini, Ermənistan dövlətini məhv olmaq təhlükəsi ilə üz-üzə qoymasını ona belə asanlıqla bağışlayacaqlarmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

