ABŞ-da mətbuata qarşı polis zorakılığı
22.08.2014 [09:44]
Yaxud, Birləşmiş Ştatlar dünyaya təbliğ etdiyi standartlara özünün çata bilməsi üçün hələ çox çalışmalıdır
ABŞ-ın Missuri ştatının Ferquson şəhərində təxminən iki həftə əvvəl 18 yaşlı qaradərili Maykl Braunun polis tərəfindən amansızlıqla öldürülməsindən sonra günlərlə davam edən nümayiş və iğtişaşlar bir qədər səngiyib. Lakin Ferquson olaylarının ABŞ ictimaiyyətinə təsiri, eləcə də, ölkənin beynəlxalq imicinə vurduğu zərbə hələ uzun müddət qalacaq.
ABŞ POLİSİNİN İRQÇİ ZƏMİNDƏ NÖVBƏTİ ZORAKILIĞI VƏ YA DAHA BİR QARADƏRİLİNİN QƏTLİ
Qeyd edək ki, Ferqusonda Maykl Braunun öldürülməsinə və polis zorakılığına etiraz olaraq nümayişlərin davam etdiyi günlərdə daha bir qaradərili 25 yaşlı gənc Kaceme Pauelin də polis tərəfindən 9 dəfə açılan atəş nəticəsində öldürülməsi xəbəri yayıldı. Başlanğıcda polisin yaydığı açıqlamada Pauelin təhlükəsizlik əməkdaşına bıçaqla hücum etdiyi və polis əməkdaşının özünü qorumaq üçün belə bir addım atdığı bildirildi. Lakin sonradan yayılan hadisənin videogörüntüsü ictimaiyyətdə fikir ayrılığına səbəb oldu. Bəziləri Pauelin özünü söylənildiyi kimi təhlükəli aparmadığını və polisə hücum etmək niyyətini göstərmədiyini düşünür. Bu səbəbdən də, Pauelin öldürülməsi bəziləri tərəfindən polisin irqi zəmində növbəti zorakılıq əməli kimi qiymətləndirilir.
ABŞ-DA İFADƏ AZADLIĞI POZULUR
Məlum olduğu kimi, Ferquson iğtişaşları zamanı sıravi vətəndaşlar və jurnalistlər arasında çoxlu sayda saxlanılanlar olub, etirazçıların sərbəst toplaşmaq hüququ pozulub. Məsələ ilə bağlı Amerika Vətəndaş Azadlıqları İttifaqı federal məhkəməyə müraciət edib. Müraciətin səbəbi Ferqusonda polisin nümayişçilərə səkilərdə 5 saniyədən artıq dayanmağı qadağan etməsidir. Məhkəmə isə təklifi geri qaytarıb və etirazçılar üçün şəhərin kənarında münasib yer ayrılıb. Təşkilat isə buna cavabında həmin yerin qapısının qıfıllı olduğunu bildirib. İttifaqın rəsmisi Li Rouland bildirib ki, “Dolu silahı dinc etirazçıya tuşlamaq çərçivələrdən kənara çıxan addımdır. Hüquq müdafiəsi üzrə cavab olaraq bu, əlavə güc tətbiqi kimi qiymətləndirilməlidir”.
Xanım Rouland əlavə edib ki, təmsil etdiyi qurum Konstitusiyaya I Əlavənin tələblərinin, yəni ifadə və media azadlığının pozulması barədə polislərə qarşı məhkəmə iddialarının qaldırılması üçün həbs olunan etirazçıların ifadələrini toplayır.
Ədalətin bərpa olunacağına isə inam o qədər də böyük olmayıb. Lakin onlar ümid edirlər ki, məhkəmə prosesi etirazçıları razı salacaq istiqamətdə irəliləməsə belə, gələcəkdə bənzər situasiyalarda polisin davranışına təsir göstərə bilər. Başqa sözlə, leqal araşdırmalar bəzən konkret nəticə verməsə də, xəbərdarlıq effekti yarada bilər.
Təşkilatın gördüyü işin nəticəsi olaraq, təhlükəsizlik qurumları media azadlığını məhdudlaşdırmağa yönələn addımlar atmayacaqlarına söz veriblər. Lakin sonradan bir neçə jurnalistin saxlanması vədin yerinə yetirilmədiyini göstərib.
FERQUSON OLAYLARI ABŞ MEDİASININ TƏZYİQ ALTINDA OLDUĞUNU AYDIN GÖSTƏRDİ
Məlum olduğu kimi, Ferquson hadisələrini işıqlandırarkən ən azı 11 jurnalistin saxlanılaraq polis məntəqələrinə aparılması, bir müddət orada saxlanmaları bəllidir. Həmin media nümayəndələri arasında ABŞ-ın “The Huffinton Post” və “The Washington Post” kimi aparıcı qəzetlərinin əməkdaşları da var. “The Washington Post”un müxbiri Uesli Loueri digər jurnalistlərlə birlikdə nümayişlərin keçirildiyi yerin yaxınlığındakı MakDonalds restoranında olarkən içəriyə daxil olan silahlı polislər onlardan məkanı tərk etmələrini tələb ediblər. Polisin göstərişinə tabe olmasına baxmayaraq, Louerlə kobud rəftar olunub, polislərdən biri onu itələyərək içərisində içkilər satılan soyuducuya çırpıb, sonra əlləri qandallanan jurnalist polis məntəqəsinə aparılıb və bir müddətdən sonra sərbəst buraxılıb. Hadisə barədə təəssüratlarını qəzetdə paylaşan Louer onun üçün nümayişlərdəki toqquşmalardan, gözyaşardıcı qaz və rezin güllələrdən də çox, məhz həbs olunma anının qorxulu olduğunu yazır: “Bir çox hallar bilirəm ki, tutularkən müqavimət göstərməyən insanlar zorakılığa məruz qalıblar, yaxud öldürülüblər”.
Qeyd edək ki, “The Huffington Post”un jurnalisti də eyni vaxtda tutulub, lakin bu xəbərlərin qısa zamanda sosial şəbəkələrdə yayılması onların azadlığa buraxılmasını sürətləndirib. Məsələyə münasibət bildirən “The Washington Post”un icraçı direktoru Martin Baron polisin qəzetin əməkdaşına qarşı davranışını “mətbuat azadlığının pozulması” kimi qiymətləndirib.
POLİS ZORAKILIĞINDAn ƏCNƏBİ JURNALİSTLƏRƏ DƏ “PAY” DÜŞÜB
Saxlanılanlar arasında Almaniya, Böyük Britaniya və digər xarici ölkələrin media qurumlarının nümayəndələri də olub. Məsələn, Türkiyə KİV-lərinin yaydığı məlumatlara görə, bu ölkənin “Anadolu” İnformasiya Agentliyinin fotomüxbiri Bilgin Şaşmaz son günlər ABŞ-ın iğtişaşlar yaşanan Sent Luis əyalətinin Ferquson şəhəri ərazisində polislər tərəfindən döyülərək həbs edilib. Türkiyənin Xarici İşlər Nazirliyi isə hadisəyə operativ münasibət bildirərək, ABŞ polisinin jurnalistə qarşı zorakılığını pisləyib. Bu barədə açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç ABŞ polisinin türkiyəli jurnalistə qarşı davranışının qəbuledilən olmadığını deyərək, qarşı tərəfdən daha anlayışlı davranış gözlədiklərini bildirib. T.Bilgiç fotomüxbirin polis tərəfindən zorakılığa məruz qalmasını və 5 saat ərzində təcridxanada saxlanmasını mətbuat azadlığının təməl prinsipi olan jurnalistlərin peşə fəaliyyətini maneəsiz həyata keçirmələri şərtinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
Maraqlıdır ki, söz azadlığı təkcə media nümayəndələrinə münasibətdə özünü göstərmir. ABŞ-ın bəzi məktəblərində müəllimlərin şagirdlərlə Ferquson olayları barədə danışması qadağan edilib. Bir çoxları bu addıma uşaqlarda müzakirəyə ehtiyac olan həssas məsələlərlə bağlı düzgün istiqamətdə fikrin formalaşmasına maneə kimi baxır.
Beləliklə, ümumilikdə Ferquson olayları ABŞ demokratiyasının bir çox zəif tərəflərini üzə çıxardı. Bu, o deməkdir ki, ABŞ dünyaya təbliğ etdiyi standartlara özünün çata bilməsi üçün hələ çox çalışmalıdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
