Beynəlxalq proseslərin müasir idarəetmə sistemi: ənənələr və yeniliklər
15.08.2014 [10:23]
XXI əsrin ilk on ilində dünyanın siyasi xəritəsində həqiqətən tektonik dəyişikliklər baş vermişdir, lakin eyni zamanda, beynəlxalq münasibətlərin idarəetmə sistemi də bir sıra əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır.
Buna görə də ‘’soyuq müharibə’’nin bitməsindən sonra beynəlxalq münasibətlərin bərpasının bu münasibətlərin idarəetmə sistemi sayəsində və ya ona zidd olaraq deyil, tamamilə ondan müstəqil şəkildə baş verməsi, eyni zamanda, beynəlxalq münasibətlərdə regional təşkilatların (Aİ, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, Ərəb ölkələri liqası və s.), qeyri-rəsmi birləşmələrin (‘’səkkizlik’’ kimi) və yüksək səviyyəli işgüzar əlaqələrin (‘’qalstuksuz’’ görüşlər) nizamlayıcı rolunun artması, həmçinin, BMT-nin rolunun azalması meyili də heç də təsadüfi olmamışdır.
Beynəlxalq münasibətlərin əsas idarəetmə mərkəzi olaraq qalan BMT səlahiyyətlərinin məhdudlaşması ilə getdikcə daha çox heç bir partiyası səs çoxluğuna malik olmayan, effektiv və siyasi cəhətdən düzgün qərarlar qəbul etməsi ehtimalına az, bu qərarları yerinə yetirməsi imkanına isə praktiki olaraq malik olmayan parlamenti xatırladır. BMT-nin əsas problemi beynəlxalq münasibətlərə təsir edəcək güclü qüvvələrin yoxluğu ilə yanaşı, bu qüvvələrin yaranması və istifadə olunması səlahiyyətinə malik olmamasındadır.
Bir çox ixtisaslaşmış beynəlxalq təşkilatlar bu cür ikili vəziyyətdədir. Bir tərəfdən ümumilikdə bu təşkilatlar uğurludurlar, hər biri öz sahəsində beynəlxalq həyatın müəyyən sahələrində dövlətlərarası əlaqələrin təşkilində mühüm rol oynayır, digər tərəfdən isə tez-tez dövlətlər üçün əhəmiyyətli qərarların qəbul edilməsi və onların həyata keçirilməsinə nail olmaq imkanından məhrum olurlar. Bu isə, əlbəttə ki, onların beynəlxalq həyatdakı effektivliyi üçün heç də əlverişli deyil.
Bir sıra beynəlxalq strukturlar, xüsusilə ATƏT çətin ki, özünüidentifikasiya böhranını keçə bilər.
ATƏT Avropanın inkişafının əvvəlki mərhələsində özünün tarixi missiyasının çox hissəsini yerinə yetirib. Prinsipcə geniş ərazini və keçmiş Sovet məkanının bir sıra yeni ölkələrini əhatə edən, qərarların qəbulu ilə məşğul olan, demokratik dəyişiklik yoluna qədəm qoymuş ölkələrdə vətəndaş cəmiyyətinin formalaşması və insan hüquqlarının təmin edilməsində beynəlxalq nəzarət rolunu icra edən ATƏT bəzi funksiyaları digər çoxtərəfli mexanizmlərlə müqayisədə daha yaxşı yerinə yetirmək iqtidarındadır. Qabaqlayıcı diplomatiya planında, münaqişələrin nizamlanmasında və münaqişədən sonrakı vəziyyətin bərpasında ATƏT-in potensialı tam tükənməyib.
Əslində, söhbət bu təşkilatlara idarəçiliklə yanaşı, direktiv xarakterli ciddi funksiyaların, həmçinin, öz səlahiyyətləri daxilində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi hüququnun verilməsindən getməli idi.
Elsevər Abdullayev
Xəbər lenti
Hamısına baxAnalitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31

