Hegemon güclərin Ukrayna konsensusu Avrasiya üçün nə vəd edir?
24.05.2014 [11:15]
Bir müddət öncə dünya siyasətinin hegemon güc mərkəzləri arasındakı geostrateji mübarizənin episentrinə çevrilən Ukraynanın gələcək taleyi dünya ictimaiyyətinin aktual müzakirə predmetinə çevrilib. Qərb və Rusiya Avrasiya regionunda ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq Ukraynanın perspektivi ilə bağlı ortaq məxrəc axtarışındadırlar. Hətta bu istiqamətdə konsensus və kompromislər də gözləniləndir.
Qərb, heç şübhəsiz, bu mərhələdən itki ilə çıxmaq fikrində deyil. Qərb cəbhəsi iki ayrı geosiyasi qütbdən (ABŞ və Avropa) ibarət olduğuna görə Ukrayna və dolayısıyla, Şərqi Avropa cəbhəsi onlar üçün daha böyük strateji önəm kəsb edir. Hazırkı mərhələdə Qərbin Ukrayna ilə təmasları zəiflətməsi Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb ola bilər. Çünki Ukrayna Avropa üçün Rusiyadan “müdafiə divarı” olmaqla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir.
Rusiya isə bu kontekstdə prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. Hətta müəyyən konsensus və ya kompromis mümkün olsa belə, rəsmi Moskva sonuna qədər “oyun qaydaları”nı özü müəyyənləşdirmək niyyətindədir. Əlbəttə, Rusiyanın bu prosesdə aktiv iştirakının əsas səbəbi geosiyasi amillərlə bağlıdır. Avropa ilə Asiyanı birləşdirən Ukrayna Moskva üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin-Qərbin mövqeyini “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru Kreml üçün birbaşa lokomotiv önəmi kəsb edir. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla (yaxud tərəfdaşı kimi saxlamaqla) Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa cəhd göstərir. Bir sözlə, Ukraynasız Rusiya Avrasiya imperatorluğunu qura bilməz. Moskva bu amili yaxşı dərk edir və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.
Bütün bunların fonunda tərəflər konsensus cəhdlərini davam etdirirlər. Yeri gəlmişkən, BMT baş katibi Pan Gi Mun Şanxayda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Suriya və Ukraynadakı proseslər müzakirə olunub. Tərəflər Ukraynadakı böhranın yalnız siyasi yolla həllinin vacibliyini vurğulayıblar. Pan Gi Mun qeyd edib ki, Ukraynada keçiriləcək prezident seçkiləri ölkədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün imkanlar açır.
Beləliklə, bütün bunların fonunda ortaya sual çıxır: hegemon güclərin Ukrayna konsensusu Avrasiya üçün nə vəd edir? Heç şübhəsiz, eskalasiya mərhələsi başa çatan Ukrayna hadisələri Avrasiyanın gələcək geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək,- desək, yanılmarıq. Çünki bu konfrantasiya hazırkı dönəmdə Avrasiyada inteqrasiya prosesini zəiflətsə də, ortamüddətli perspektivdə yeni əməkdaşlıq platformalarının gündəmə gəlməsini şərtləndirə bilər. Burada əsas olan digər məqam isə budur ki, qarşıdurma tərəfləri regionda və beynəlxalq miqyasda öz tərəfdaşlarını yenidən tanımaq şansı əldə etdilər. Bu, heç şübhəsiz, sonrakı dönəmdə müəyyən ediləcək taktiki və strateji addımların əsasları və istiqamətlərinə ciddi təsir göstərəcək. Bir sözlə, Avrasiya yeni geostrateji situasiyaya doğru irəliləyir.
NURLAN
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

