Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdırıb

“Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdırıb

21.01.2026 [16:07]

“Netflix” ötən il abunəçilərinin sayını 325 milyona çatdıraraq yeni rekord müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üçün açıqladığı hesabatında deyilir.

Hesabat dövründə şirkətin gəlirləri illik müqayisədə 17,6 faiz artaraq 12 milyard dolları ötüb. Həmçinin şirkətin xalis mənfəəti 2,42 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 29 faiz çoxdur.

“Netflix” hazırda “Discovery” kanalını 100 milyard dollara satın almağa çalışır. Onun bu məsələ ilə bağlı “Paramount” şirkəti ilə rəqabəti yaranıb.

Qeyd edək ki, “Paramount” şirkətinin arxasında ABŞ Prezidenti Donald Trampın tərəfdarı kimi tanınan texnologiya milyarderi Larri Ellison dayanır.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31