Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid sursatlar cinayətkar qrupların diqqətini cəlb edir
04.12.2025 [15:42]
Mütəxəssislərin qiymətləndirməsinə görə, Şimali Norveç torpaqlarında İkinci Dünya müharibəsindən qalmış təxminən bir milyon ton partlamamış sursat hələ də qalmaqdadır. Partlamamış bombalar və mərmilər həm dənizin dibində, həm də quru ərazilərdə – alman və sovet qoşunlarının döyüşdüyü yerlərdə, bəzən isə yaşayış məntəqələrinin yaxınlığında aşkar edilir.
AZƏRTAC xəbər verir ki, polis bu sursatlardakı partlayıcı maddələrin cinayətkar qrupların əlinə keçə biləcəyindən narahatdır. Cinayətkarların marağı, əsasən, köhnə sursatların içindəki partlayıcı maddələrin çox vaxt istifadəyə tam yararlı qalması ilə izah olunur. Tədqiqatçıların sözlərinə görə, müasir metal detektorları bu mərmiləri hətta suyun altında belə, asanlıqla tapmağa imkan verir və bu da onları cinayətkarlar üçün potensial olaraq əlçatan edir. Daha əvvəl İtaliyada bir cinayətkar qrup batmış təyyarənin gövdəsindən çıxardığı müharibə dövrünə aid aviasiya bombasının partlayıcı maddəsindən terror aktında istifadə etmişdi.
Bənzər tapıntılar Finlandiyanın Laplandiya bölgəsində də qeydə alınır. Köhnə sursatlar hələ də meşələrdə və su hövzələrində üzə çıxır. Ötən il Rovaniemi şəhərində vətəndaşlardan biri müharibə dövrünə aid artilleriya mərmisini xidməti masaya gətirdikdən sonra polis inzibati binanı təxliyə etmişdi. Bununla belə, Finlandiya polisi ölkədə belə partlayıcı maddələrin cinayətkarlar tərəfindən məqsədyönlü şəkildə istifadə olunması faktının qeydə alınmadığını vurğulayır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

