Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Vyetnamın lideri Şimali Koreyaya səfər edəcək

Vyetnamın lideri Şimali Koreyaya səfər edəcək

06.10.2025 [22:53]

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın dəvəti ilə oktyabrın 9-da bu ölkəyə üçgünlük səfər edəcək.

AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, səfərin məqsədi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü tədbirlərində iştirakdır. Əsas yubiley tədbirlərinin oktyabrın 10-da keçirilməsi nəzərdə tutulub. Bu, Vyetnam liderinin son 18 illik fasilədən sonra Şimali Koreyaya ilk səfəridir. İki ölkə 1950-ci ildə diplomatik münasibətlər qurandan bəri sıx münasibətlər saxlayır.

Qeyd edək ki, Koreya Fəhlə Partiyasının 80-ci ildönümü münasibətilə irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradın keçiriləcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30