Öcalan PKK-ya çağırış etdi
01.03.2025 [09:12]
Silahı yerə qoyun!
Türkiyə terrorsuz gələcəyə qədəm qoyur?
Xəbər verildiyi kimi, bir neçə gün öncə Türkiyənin Ədliyyə Nazirliyi DEM Partiyasının deputatlarına PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşməsinə icazə verib. DEM Partiyasının millət vəkilləri Sırrı Süreyya Öndər və Pərvin Buldan, həmçinin Mardin Böyükşəhər Bələdiyyə Başçısı Əhməd Türk, DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan, Öcalanın vəkili Faiq Özgürün təmsil olunduğu İmralı heyəti terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb. İmralıdan qayıtdıqdan sonra mətbuat konfransı keçirən heyət, Öcalanın yazılı mesajını açıqlayıb. TBMM sədrinin müavini Sırrı Süreyya Öndər Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl başda olmaqla prosesə töhfə verən siyasətçilərə təşəkkür edib. Öcalanın hazırladığı bir səhifəlik mətn oxunub. Mətndə bildirilir ki, PKK artıq silahı yerə qoymalıdır.
PKK-nın mart qurultayında...
Türkiyənin “Milliyyət” qəzetinin yazdığına görə, PKK-nın silahı yerə qoyacağı təqdirdə bu təşkilatın rəhbərliyi altında siyasət apardığı üçün daim tənqid edilən DEM Partiyası siyasi normallaşma prosesi yaşaya bilər. Məlumatlara görə, ilk mərhələdə PKK-nın mart ayında qurultay keçirəcəyi gözlənilir. DEM Partiyası heyətinin bu prosesdə PKK və onun Suriya, Qəndil və Avropadakı uzantıları ilə birbaşa təmasda olacağı və bu təmasların dövlətin müvafiq bölmələrinin nəzarəti altında reallaşacağı bildirilir. PKK silahı yerə qoyacağı təqdirdə DEM heyəti Şimali İraqda növbəti görüşlər keçirməyi planlaşdırır. Bu təmaslar zamanı PKK-çıların silahlarını yerə qoyması ilə bağlı prosesin necə idarə olunacağı məsələsinin də dəyərləndiriləcəyi bildirilir. Digər tərəfdən, mart ayında təşkilatın əlində olan dövlət məmurlarını da azad edəcəyi gözlənilir.
İndiyə qədər 8 dəfə...
Vurğulayaq ki, terror təşkilatı daha əvvəl 8 dəfə “atəşkəs” qərarı verib. Ancaq bütün hallarda qərara sadiqlik nümayiş etdirilməyib. PKK ilk dəfə 20 mart 1993-cü ildə atəşkəs elan edib. Ən mühüm atəşkəs qərarlarından biri 1999-cu il sentyabrın 1-də Öcalan İmralıda olarkən qəbul edilib. Öcalan terror təşkilatını “Türkiyə sərhədlərindən çıxmağa” çağırıb. Bu atəşkəs 2004-cü il iyunun 1-dək davam edib. 2009-cu ildə Osloda MİT ilə PKK arasında danışıqlar aparılıb. 2013-cü ildə Diyarbəkirdə keçirilən Novruz şənliyində oxunan mesajında Öcalan PKK-nın atəşkəs elan edəcəyini və Türkiyədən rəsmən çəkiləcəyini açıqlayıb. Proses 2015-ci ildə Ceylanpınar hücumu ilə sona çatıb.
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror təşkilatı PKK-ya qarşı silsilə əməliyyatlarını davam etdirir. Türkiyə Silahlı Qüvvələri aprel ayından etibarən Zap bölgəsində fəaliyyətini gücləndirməyi planlaşdırır. Qəndil kimi daxili bölgələrə qarşı hava əməliyyatları fasiləsiz davam edir. Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh bulağı” əməliyyatı bölgələrində, həmçinin Tişrin bəndi ətrafında İHA əməliyyatları davam edir. Mübarizənin PKK-YPG-nin silahı yerə qoyacağı günə qədər qətiyyətlə davam etdirəcəyi bildirilir.
YPG razıdır...
YPG qruplaşması PKK lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymağa çağırmasını müsbət qarşılayıb. Məlumata görə, təşkilatın mətbuat xidmətinin nümayəndəsi Siyamend Eli bu çağırışın bölgədə sülhün bərqərar olmasına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, Öcalanın mesajı münaqişənin dayandırılmasına yönəlib və bu, xüsusilə Türkiyə və region xalqları üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, PKK-nın Suriya qolu sayılan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin də prosesə konstruktiv yanaşdıqlarını vurğulayıb.
AKP: Biz nəticəyə baxırıq...
Türkiyə mətbuatı hakim AK Partinin məsələyə münasibətini öyrənib. AK Parti Genel Başkan Vəkili Efkan Ala PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silahların yerə qoyulması və təşkilatın özünü buraxması ilə bağlı çağırışına münasibət bildirib. Efkan Ala çağırışın əhəmiyyətini vurğulayaraq, onun nəticələrinin önəmli olduğunu deyib: “Çağırışın mahiyyəti silahların yerə qoyulması və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxırıq. Bu nəticə reallaşacaqmı, bunu görəcəyik”.
Ala Prezident Rəcəb Tayyib Ərdoğanın ilk gündən terrorla mübarizədə qətiyyətli siyasət apardığını xatırladıb: “AK Parti bütün bu proseslərdə ciddi təşəbbüslər irəli sürüb. Məqsədimiz terrorun olmadığı bir Türkiyə yaratmaqdır”.
O, terror təşkilatının bu çağırışa uyğun addım atmasının vacibliyini vurğulayaraq bildirib ki, bu, terrorla mübarizədə əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər: “Terror təşkilatının bu çağırışı nəzərə alaraq özünü buraxması və silahları təhvil verməsi gözlənilir. Əks halda, Türkiyə terrorla mübarizəni eyni qətiyyətlə davam etdirəcək”.
Beynəlxalq mətbuatın manşetlərində...
Yeri gəlmişkən, PKK-nın silahı yerə qoyması ilə bağlı çağırış beynəlxalq ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. İngiltərənin “Guardian” qəzeti və ABŞ-ın “CNN” kanalı bununla bağlı xüsusi reportajlar verib. Qətərin Əl-Cəzirə telekanalı Öcalanın çağırışını “tarixi addım” adlandırıb. Bildirilib ki, bu çağırış Türkiyə ilə 40 illik münaqişəyə son qoya və bölgə üçün geniş siyasi və təhlükəsizlik nəticələri verə bilər.
“The New York Times” Öcalanın çağırışını “Kürd üsyançı PKK lideri Abdullah Öcalan döyüşçülərini silahlarını yerə qoymağa çağırır” başlığı ilə dərc edib. “Washington Post” isə Öcalanın çağırışının Şimali İraqda yerləşən yaraqlılar tərəfindən qəbul edilib-edilməyəcəyini sual altına qoyub. Almaniyanın “Die Welt” və “Bild” qəzetləri, AFP və AP, eləcə də İRNA xəbər agentlikləri, BBC də bu məsələyə xüsusi diqqət ayırıb.
ABŞ, Almaniya və İraq Kürdüstan Regionu açıqlama yaydı...
Məsələyə ayrı-ayrı dövlətlər də münasibət bildirib. ABŞ və Almaniya hökumətləri terror təşkilatı Öcalanın PKK-nın tərksilah edilməsi və özünü ləğv etməsi çağırışını alqışlayıb. Almaniya hökumətinin sözçüsü Hebestreyt, kansler Şoltzun yazılı açıqlamasını paylaşıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes yazılı açıqlamasında çağırışı mühüm bir inkişaf adlandırıb. İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani də bu çağırışı müsbət qarşılayıb. Bərzani adına yayılan yazılı açıqlamada “Prosesi uğurlu etmək üçün hər cür rolu oynamağa hazırıq” deyə bildirilib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

