Pərvin Kərimzadə: Prezident İlham Əliyev Azərbaycanda sabitliyin və inkişafın qarantıdır
10.02.2018 [00:57]
“Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı özünün tarixi qərarını qəbul etdi. Azərbaycan xalqının istək və arzularının bir ifadəsi olaraq, partiyanın Sədri cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyi irəli sürüldü. Yeni Azərbaycan Partiyası yarandığı gündən fəaliyyətinin bütün istiqamətlərini milli maraqlar müstəvisində qurub. Bunun üçün də YAP tərəfindən irəli sürülən namizəd birmənalı şəkildə xalqın istəyi ilə seçkiyə qatılır. Bu da təbii olaraq YAP-ın namizədinin seçkidə yüksək dəstək əldə etməsini şərtləndirir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ildə əldə olunan nailiyyətləri saymaqla qurtaran deyil. Bu müddət ərzində ölkəmizin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını xüsusi qeyd edə bilərik.
“Azərbaycan Respublikası Prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün regionları kimi, Gəncə şəhəri də sosial və iqtisadi sahədə daha yüksək templə inkişafının təmin edilməsində yeni uğurlara izma atıb. Cənab İlham Əliyevin xeyir-duası ilə qısa zaman kəsiyində Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhərin ən ucqar nöqtələri, yaşayış sahələri, qəsəbələri hamının gözü önündə dəyişərək, yeni görkəm alıb. Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olub. Odur ki, gəncəlilər ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük etimad göstərir, qarşıdan gələn prezident seçkilərində ölkə rəhbərini dəstəkləməyə hazır olduqlarını bildirirlər. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən müdafiə olunması ölkədə intibahın, siyasi sabitliyin, əmin-amanlığın və inkişafın qarantıdır”, - deyə P.Kərimzadə qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23

