Azərbaycanda bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır
09.12.2014 [09:08]
Azərbaycanda bütün seçki məntəqələri bələdiyyə seçkilərinə tam hazırdır.
AzərTAc xəbər verir ki, bu fikir dekabrın 8-də Bakıda keçirilən “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda yekun məlumat sessiyasında səslənib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Bakıdakı Ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Sessiyanı açan MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün dövlətimizin başçısının ciddi mövqeyini, konkret siyasi iradəsini, eləcə də diqqət və qayğısını vurğulayaraq, dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq iş şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda seçki məntəqələrində yaradılan şərait Avropa ölkələri üçün nümunə ola bilər.
Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün bu günədək 37100 nəfərdən çox namizədin qeydə alındığını diqqətə çatdıran MSK sədri deyib: “Bu, keçən dəfəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Ötən dəfə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq böyükdür. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Ümumiyyətlə, hazırlıq mərhələsi yüksək səviyyədə aparılıb və bütün seçki məntəqələri səsverməyə tam hazırdır. Ölkəmiz dekabrın 23-də keçiriləcək bu seçkilərdən də üzüağ çıxacaq”.
Seçkilərdə müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət məktubu göndərildiyini deyən Məzahir Pənahov hələlik cavab alınmadığını qeyd edib. MSK sədri bildirib ki, builki seçkilərdə yerli müşahidəçilərin sayı 15 mini keçib. Səkkiz siyasi partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Ümumilikdə, namizədlər arasında 30 partiyanın təmsilçisi var.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verib. Son 10 ildə ölkəmizdə seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsindən, 3 prezident, 2 parlament, 2 bələdiyyə seçkisinin və 1 referendumun beynəlxalq standartlara uyğun keçirilməsindən danışan Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Azərbaycanın seçki qanunvericiliyi demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrində qəbul edilmiş qanunlardan heç də geri qalmır.
Azərbaycanda 1607 bələdiyyəyə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şəraitin yaradıldığını bildirən Hüseyn Mövsümov deyib ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Ötən müddətdə bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilib. Bu sahədə görülən işlər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin də yüksək səviyyədə təşkil olunacağına təminat verir. Bunun üçün hər cür şərait yaradılıb.
Seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yerin müəyyən edildiyini açıqlayan şöbə müdirinin müavini bu yerlərdən 1436-sının qapalı, digərlərinin isə açıq məkanlar olduğunu vurğulayıb.
“Bu gün bələdiyyələr inkişaf edib, təcrübə toplayıb və sosial məsələlərin həllində fəal rol oynamağa başlayıb. İşimizi elə qurmalıyıq ki, builki seçkilər də qanunvericiliyə uyğun, şəffaf şəkildə keçirilsin”, - deyən Hüseyn Mövsümov səsvermə məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə prosesin internet üzərindən canlı izlənilməsinin seçkilərin demokratik şəkildə keçirilməsi yönündə mühüm addım olduğunu bildirib.
“Azərbaycan seçki sahəsində böyük irəliləyişə nail olub”, - deyən Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç ölkəmizdə seçkilərin keçirilməsində qazanılan uğurları təqdir edib və bu nailiyyətləri daha da təkmilləşdirməyin önəmini diqqətə çatdırıb.
Avropa ölkələrinin seçki təcrübəsindən danışan D.Filipoviç seçki prosesində qarşıya çıxan nöqsanlardan da bəhs edib. “Əlbəttə seçki mübahisələri hər bir ölkədə olur. Ancaq ona yanaşma müxtəlif ölkələrdə fərqlənir. Bütün hallarda seçki prosesində şəffaflıq təmin olunmalıdır. Əminəm ki, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planı çərçivəsində keçirilən məlumat sessiyaları da bu işə öz töhfəsini verəcək”, - deyə D.Filipoviç vurğulayıb.
Sonra MSK sədrinin müavini Natiq Məmmədov və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri mövzusunda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Bakıdakı ofisinin birgə layihəsi olan sessiyalar Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32

