Konstitusiya Məhkəməsi Aparatının 2013-cü il üzrə hesabat iclası keçirilib
31.01.2014 [10:29]
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.
Məlumat verilib ki, 2013-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub.
Bildirilib ki, 2013-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1893 ərizə və şikayət daxil olub. Şikayətlərin 447-si Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilib, daxil olan 538 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Şikayətlərdən 760-ı üzrə vətəndaşlara izahedici məktublar çatdırılıb. Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 148 ərizəçiyə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilib və təkrar müraciət olunması hüququ izah edilib.
Fərhad Abdullayev çıxışında qeyd edib ki, 2013-cü ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər, o cümlədən Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi və Konstitusiya Məhkəməsi tərəfindən nəticələrin təsdiq və rəsmən elan edilməsi, həmçinin Konstitusiya Məhkəməsinin 15 illiyinə həsr edilmiş beynəlxalq konfrans təşkil olunub. Məhkəmənin yubileyi, habelə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı orden və medallarla təltif edilib. Bu, məhkəmənin bütün kollektivi üçün şərəf olmaqla yanaşı, eyni zamanda, hər bir əməkdaşın üzərinə böyük məsuliyyət qoyur.
Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların göndərdikləri şikayətlərin diqqətlə araşdırılması üçün tapşırıqlar verildiyini bildirib.
Konstitusiya Məhkəməsinin sədri 2013-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib, 2014-cü ildə görüləcək işlərdən danışıb, hakimlərin icraatında olan işlərlə bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulayıb.
Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.
İclasın sonunda iş planlarına əsasən 2014-cü ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

