COP29-da mühüm mövzular müzakirə olunub
24.11.2024 [11:38]
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı, 11-23 noyabr tarixlərində mühüm məsələlər müzakirə olunub. COP29-un milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə isə kömürlə işləyən istilik elektrik stansiyaları (İES) tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb.
Aİ və 25 ölkənin öhdəliyi
“Bloomberg” agentliyi yazır ki, bu, həmin yanacaq növündən istifadənin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir. “Bloomberg” Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müvafiq Sazişin bağlandığı barədə bəyanata istinad edir. Məlum olub ki, onu Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Hindistan və ABŞ indiyədək bu sənədə məhəl qoymayıb. Bəyanat Azərbaycanda keçirilən iqlim sammitində Aİ, ABŞ və digər ölkələrin tədbirin digər iştirakçılarını qazıntı yanacaqlarından uzaqlaşmaya dair 2023-cü il Sazişini yenidən təsdiq etməyə çağırdığı bir vaxtda verilib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan Saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır. Aİ-nin iqlim dəyişiklikləri üzrə komissarı Vopke Hoekstra deyib: “Bir çox ölkələrin artıq kömür enerjisindən imtina etməsinə baxmayaraq, ona tələbat artmaqda davam edir. Yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması üçün ən böyük təhlükələrdən biridir”.
Kömürdən mərhələli şəkildə imtinanın tərəfdarları 2025-ci ildə Braziliyada keçiriləcək COP30 danışıqları ərəfəsində kömür enerjisi ilə bağlı oxşar öhdəliklər götürmələri üçün digər ölkələrə təzyiq göstərəcəklər.
Qeyd edək ki, 2024-cü ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, Paris Sazişinə əsasən, 2025-ci ilə qədər ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün yeni öhdəliklər təqdim etməlidirlər (Milli Müəyyən Edilmiş Töhfələr, NDCs). Bundan belə bir nəticə çıxır ki, ölkələr qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasına əməl etməli, 2030 və 2035-ci illər üçün emissiyaların mütləq azaldılması hədəflərini yerinə yetirməli və 2040-cı ilə qədər kömürdən tədricən imtina etməyi öhdələrinə götürməlidir. Ehtimal olunur ki, ölkələrin öhdəlikləri enerji sistemlərinə yeni kömür elektrik stansiyalarının daxil edilməməsi vədini ehtiva edir.
İqlim dəyişiklikləri ilə bağlı növbəti aksiya keçirilib
Onu da qeyd edək ki, noyabrın 23-də COP29 keçirilən məkanda daha bir etiraz aksiyası olub. Aksiya iştirakçıları “İqlim maliyyəsi üçün ödə!”, “Ya ödə, ya sus!”, “Qlobal şimal, ödə!”, “Trilyonlarla ödə, milyardlarla yox!” kimi pankart açıb, şüarlar və bəyanatlar səsləndiriblər. Xatırladaq ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün müxtəlif mövzularda aksiyalar keçirilib. Etirazçıların fikirlərini sərbəst ifadə etmələri üçün COP29 məkanında bütün şərait yaradılıb.
Tədbir müddətində 600 mindən çox sərnişin daşınıb
Qeyd edək ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. Bildirilib ki, öncədən də xəbər verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu məqsədlə noyabrın 23-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildirilib ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25
YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48
