RENAULT KANGOO Z.E. — 2012-CI ILIN ƏN YAXŞI FURQONU
24.04.2012 [20:59]
Jan-Mari Yurtije əlavə edib: “Mükafat bir neçə il ərzində Kangoo Z.E. modelinin hazırlanması üzərində çalışan Renault əməkdaşlarının səyi nəticəsində əldə edilib. Kangoo Z.E. Renault-un dörd elektromobillərindən biridir. Bu layihədə dizayn bürosu, Möbejedə yerləşən zavod və satış şöbəsi daxil olmaqla, şirkətin bütün fəaliyyətdə olan bölmələri iştirak etmişlər. İnad, yaradıcı qabiliyyəti, ən başlıcası yüksək səviyyəli komanda ruhu nümayiş etdirərək, onlar qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə yerinə yetirdilər və bu öz bəhrəsini verdi”.
Kangoo Z.E. — Renault-un yüngül kommersiya avtomobili 1998-ci ildən yüngül kommersiya nəqliyyatı istehsalının lideri – Renault şirkəti öz avtomobil sırasını yeni, elektrik versiyalı Kangoo Z.E ilə zənginləşdirdi. Model, avtomobil istehsalçısı tərəfindən buraxılan ilk tam elektrik minivendir. Akkumulyatoru avtomobilin döşəməsinin altına yerləşdirməklə, Renault mühəndisləri daxiliyanma mühərrikli modelin ölçü və tutumluğunu qoruyub saxlayıblar. Fransanın Möbeje şəhərində, MCA müəssisəsində daxili yanacaqlı mühərrikli Kangoo Z.E ilə birgə istehsal edilən elektrik model kuzovun iki variantlı ölçüsü və üç versiyada təklif olunur: Kangoo Z.E., Kangoo Z.E. Maxi (iki nəfərlik) və Kangoo Z.E. Maxi (beş nəfərlik). Komplektasiyaların bu cür müxtəlifliyi şirkətin ayrı-ayrı tələblərinə cavab verir. Avtomobilin həcmi 3 m3 dən 4,6 m3-ə kimidir. Habelə sərnişin və yük daşıyan modifikasiyaları mövcuddur.
İlk əlverişli elektromobil
Kangoo Z.E.- Renault Z.E ailəsinin ilk avtomobili şirkətin diler salonlarına oktyabrın 28-də daxil olub. Onun başlanğıc qiyməti Avropada 20.000 avro (ƏDV və dövlət imtiyazları daxil olmadan), Fransada isə 5 000 avro miqdarında dövlət dotasiyası sayəsində - 15 000 avro (ƏDV daxil olmadan). Akkumulyatorun aylıq icarə qiyməti 36 ay və 10 000 km qət etməsi üçün – 72 avro (ƏDV daxil olmadan) təşkil edir.
Ətraf mühitə qayğılı münasibət
Fransada elektromobillər elektrik enerjisi istehsalı tullantıları daxil olmaqla, zərərli maddələrin tullanma dərəcəsinin aşağı olması ilə fərqlənirlər. Bütövlükdə Kangoo Z.E. modelinin CO2 tullantıları 12 q/km təşkil edir. “İlin furqonu” müsabiqəsinin münsiflər heyəti üçün Kangoo Z.E. modelinin seriyalı şəkildə istehsalı, CO2 maddəsi tullantısının aşağı səviyyədə olmasının əhəmiyyətini daha da artırır.
Dərhal tanınma
“İlin ən yaxşı furqonu” mükafatı Kangoo Z.E.-nin qələbə seriyasının ən yüksək nöqtəsi oldu. Bundan öncə elektrik Kangoo Danimarkada münsiflər heyəti avtomobillər haqqında yazan jurnalistlərdən ibarət “İlin furqonu” mükafatını, İrlandiyada isə “Avtoparklar üçün nəqliyyat” reytinqinin ekspertləri tərəfindən verilən “Yaşıl kommersiya nəqliyyatı” mükafatını qazanmışdır.
Mənbə: Avtomobil.az
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

