Azadlığın səsinə çevrilən şair
21.10.2026 [08:38]
Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür...
Azərbaycan poeziyasında elə adlar var ki, onları xatırlayanda göz önündə yalnız bir şairin portreti canlanmır. Bir dövrün mübarizəsi, bir millətin azadlıq yanğısı, sarsılmaz iradənin qüdrəti də həmin adlarla birlikdə yada düşür. Xəlil Rza Ulutürk məhz belə sənətkarlardandır. Onun misralarında Vətən sevgisi sadəcə hiss deyil, mövqe, azadlıq arzusu isə istək yox, həyat amalına çevrilir. Elə buna görə də illər ötür, nəsillər dəyişir, amma Xəlil Rzanın səsi Azərbaycan ədəbiyyatında və milli yaddaşımızda eşidilməkdə davam edir.
Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!
Şairin bu misralarından sonra səsinə minlərlə, milyonlarla Vətən sevdalısı səs verdi. Həmin dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə zindana atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetişdi. Heç şübhəsiz, bu, hər inqilabçı şairə qismət olmur. O, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin on cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək olub. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşayıb, həyatının şüurlu hissəsini buna nail olmağa sərf edib, böyük xidmətlər göstərib. O, Azərbaycanın müstəqilliyinin şahidi olub, bunu görüb.
Böyük mücahidin həyatı...
Bu gün ondan söz açmağımız təsadüfi deyil - Azərbaycanın görkəmli simalarından biri - şair, yazıçı, filosof, alim, xalq azadlığı uğrunda fədakar mübariz, böyük vətəndaş Xəlil Rzanın 94-cü ildönümüdür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib. 1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...
Xəlil Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”, “Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.
Vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular”, ancaq vətən əldən getməməlidir”- deyərək, odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib. Təsadüfi deyil ki, ona istiqlalın alovlu şairi deyirdilər.
1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahsız insanları tankların altına salınmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dillə cavab verən Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün Vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Əsərlərində Vətən sevgisi, düşmənə nifrət, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər misrasını ötəri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazıb.
Həyat yoldaşı Firəngiz xanımın xatirələrindən: “Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Heydər Əliyev onu təqiblərdən daim qorumuş, “sən millətçi deyil, xalqın şairisən” deyirdi. Ulu öndər deyirdi ki, “mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm. Ona görə də bu itki bütün Azərbaycan xalqı kimi, mənim ucun də böyük bir itkidir. Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar ucun nümunə olacaqdır”.
... Vətənpərvərlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairi Xəlil Rza Vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun vaxtsız gedəcəyini öncədən duymuşdu.
Zamanın fövqündə qalan səs
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib. Ancaq şairin fiziki yoxluğu onun sözünün təsirini aradan qaldırmadı. Bu gün də onun şeirləri milli özünüdərk, azadlıq, mübarizə və vətəndaşlıq mövzularında öz aktuallığını qoruyur. Çünki xalqın azadlıq arzusu ilə yoğrulmuş poeziya konkret bir dövrün hüdudlarını aşaraq sonrakı nəsillərlə də danışa bilir.
Onun yaradıcılığına nəzər salanda bir həqiqət aydın görünür: Xəlil Rza üçün şair olmaq yalnız gözəl misralar yaratmaq deyildi. Şair olmaq həm də zamanın qarşısında məsuliyyət daşımaq, xalqın dərdini öz dərdi bilmək və sözün gücü ilə insanları düşünməyə sövq etmək idi. Doğum günündə Xəlil Rza Ulutürkü anarkən onun şeirlərini yenidən oxumaq, həyatının mübarizə dolu səhifələrinə nəzər salmaq xüsusi məna daşıyır. Onun irsi gənc nəsil üçün milli yaddaşın, cəsarətin və prinsipiallığın canlı nümunəsidir.
Böyük şairlərin ömrü yalnız doğum və vəfat tarixləri arasında ölçülmür. Onların əsl ömrü söylədikləri sözlərin neçə ürəkdə yaşaması, hansı düşüncələrə yol açması və gələcək nəsillərə nə ötürməsi ilə müəyyənləşir. Xəlil Rza Ulutürkün poeziyası da bu mənada zamanın sərhədlərini aşan mənəvi mirasdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

