Enn, Çin və pəncərə
17.10.2026 [08:57]
Üçü birində daha yaxşı gələcək vəd edirmi?
Bilmək olmur. Enn mükafat aldı, Çin sürətlə Gələcəyə uçur, Gələcəyin Pəncərəsini isə şeh örtüb.
Hələlik Ədəbiyyat üzrə Nobel Mükafatının builki (2026) qalibi Enn Karsonun kiçicik bir şeirinə baxaq:
“Bahar həmişə əvvəlki kimi olur”,
- deyə ixtiyar bir çinli kişi söylədi.
Yağış pəncərələrə fışıltı ilə çırpılırdı.
Uzaq-uzaq yerlərdən axıb gələn həsrətlər
Bizə çatıb nəfəs dərdi...
Pəncərə şüşələrindən süzülüb getdi...
(Tərcümə prof. Cavanşir Yusiflinindir).
Enn Karson soyuq Kanadada, “darıxdırıcı” bir mühitdə, qarlı-şaxtalı təbiət qoynunda yaşayıb-yaradır. Klassik ənənə əsasında yeni formalar tapıb, elə buna görə də Nobel mükafatına layiq görülüb. O, ömrünü qədim yunan ədəbiyyatı və klassik filologiya sahəsinin öyrənilməsinə həsr edib, bu sahənin ən yaxşı bilicilərindəndir, elə bu əsnada da qədim mətnlər içrə var olaraq yeni interpretasiyalar edib.
İndi gəlin görək, Karsonun “pəncərəsini silən o çinli qoca” Avropada nələr edirmiş? Lap elə sözün məcazi mənasında.
Ən təzə çağırışlara haray verməyə can atan dünyamızda, elə bu günlərdəcə, bir vaxtlar “Soyuq müharibə”lər zamanı NATO-nun və Varşava Müqaviləsinin nəhəngi Rusiyanın dünyada etdiklərini Çin etməyə çalışıb. Bir azca Enn Karsondan uzaqda - soyuq Norveçdə. İşin üstü də qəribə formada açılıb...
Norveç ordusu “Soyuq müharibə”dən sonra tənbəllik etməyib “İsti müharibə”yə hazırlaşmaq üçün təlimlər keçirmiş. Bu məqsədlə də qonşu İsveçin avtomobil nəhəngindən (reklam və antireklam olmasın deyə, brend adın üzərindən sükutla keçirik) xeyli avtomobil və onların üzərinə quraşdırılmış hərbi ləvazimatlar alıb. Təlimin ortasında Norveç hərbçiləri ayılıb görüblər ki, avtomobillərdəki qurğular ordunun bütün hərəkətlərini, koordinasiyaları öz beyninə yazıb birbaşa Çinə ötürür. Buna baxmayaraq, Norveç hərbçiləri təlimləri davam etdirmək qərarına gəliblər. Sonradan ciddi şəkildə araşdırmalar aparılıb. Sən demə, Norveçin öz qonşusu İsveç brendinə güvənərək, bəh-bəhlə xeyli texnika aldığı həmin o nəhəng avtomobil konserninə Çinin digər nəhəng avtomobil konserni sahiblənibmiş...
Eyni dünyada, ayrı pəncərələrin arxasından baxmaq hələ bir-birindən ayrılmaq demək deyil. Pəncərəmizdəki yağış izləri də tarixdir. Təkrar olunur. Bəlkə, “çinli qoca” Enn Karsona bunu demək istəyirmiş?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06

