Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

01.10.2026 [17:12]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.

BDYPİ hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırıb.

Vurğulanıb ki, yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, qəfil manevr və sərt tormozlamadan çəkinməlidirlər. Piyadalara isə yolun hərəkət hissəsinə çıxarkən daha diqqətli olmaları, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmələri və məhdud görünmə şəraitini nəzərə almaları tövsiyə olunur.

BDYPİ bütün hərəkət iştirakçılarını qarşıdakı günlərdə gözlənilən qeyri-sabit hava şəraitini nəzərə almağa, yollarda diqqətli və ehtiyatlı davranmağa çağırıb.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31