Cəbrayılın Zəfər salnaməsi
01.10.2026 [15:46]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
4 oktyabr Cəbrayılın tarixində doğma torpaqlara qayıdışın və yeni həyatın başlanğıcını ifadə edən əlamətdar günlərdən biridir. Cəbrayıl şəhərinin işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri oldu. Bu tarix sonrakı hərbi uğurlar üçün yeni imkanlar yaratmaqla yanaşı, uzun illər işğal altında qalan şəhərin gələcəyinə də yol açdı.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğala məruz qalmış, rayonun sakinləri doğma yurdlarından didərgin düşmüşdülər. Uzun illər ərzində Cəbrayıl əhalisinin əsas arzusu doğma torpaqlara qayıtmaq olub. İşğal dövründə rayonun yaşayış məntəqələri və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalıb.
2020-ci ildə başlayan Vətən müharibəsində - sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi ilə Cəbrayıl istiqamətində hərbi əməliyyatların əsası qoyuldu. Oktyabrın 3-də daha beş kənd azad edildi. Növbəti gün isə Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin azad edilməsi elan olundu. Sonrakı günlərdə əməliyyatlar davam etdirildi və rayonun digər yaşayış məntəqələri də azad edildi.
Cəbrayılın azad olunması cənub istiqamətində hərbi əməliyyatların genişlənməsinə imkan verdi. Şəhərin azad edilməsi ilə yanaşı, Xudafərin istiqamətində nəzarətin təmin olunması da tarixi əhəmiyyət daşıdı. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin Cəbrayıla səfəri çərçivəsində Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması bu torpaqların tarixi sahibinə qovuşmasının rəmzi hadisələrindən birinə çevrildi.
Azadlıqdan sonra qarşıda tamamilə yeni vəzifə dayanırdı: dağıdılmış şəhərin yenidən qurulması və burada dayanıqlı yaşayış mühitinin yaradılması. Bu məqsədlə Cəbrayılın bərpası kompleks yanaşma əsasında həyata keçirilir. Şəhər infrastrukturu, yollar, enerji təminatı, yaşayış məhəllələri, sosial obyektlər və iqtisadi fəaliyyət imkanları paralel şəkildə formalaşdırılır. Cəbrayıl şəhərinin “2040-cı ilədək inkişafına dair Baş planı”nın 2023-cü ildə təsdiqlənməsi bu prosesin əsas mərhələlərindən biri oldu. Baş plana əsasən, şəhərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək. Yaşayış üçün 143 hektar ərazi ayrılıb, müxtəlif tipli yaşayış binalarının və fərdi evlərin inşası nəzərdə tutulub. 2040-cı ilin sonuna qədər şəhərdə 15 min nəfərin yaşaması proqnozlaşdırılır. Bu yanaşma Cəbrayılın sadəcə əvvəlki vəziyyətinin bərpasını deyil, müasir şəhər kimi yenidən qurulmasını nəzərdə tutur. Yeni yaşayış məhəllələri ilə yanaşı, məktəblərin, səhiyyə və digər sosial obyektlərin, ictimai məkanların yaradılması şəhərdə rahat və təhlükəsiz həyat üçün əsas təminatlardan olacaqdır.
Rayonun coğrafi mövqeyi, nəqliyyat əlaqələri və iqtisadi potensialı burada yeni biznes və məşğulluq imkanlarının formalaşmasına şərait yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bu baxımdan mühüm layihələrdəndir. Parkın fəaliyyəti logistika, istehsal, ticarət və müxtəlif xidmət sahələrinin inkişafına imkan verməklə Cəbrayılın iqtisadi həyatının canlanmasına xidmət edir.
Enerji infrastrukturu da yeni inkişaf mərhələsinin mühüm istiqamətidir. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi şəhər və rayon ərazisində həyata keçirilən layihələrin enerji təminatı üçün mühüm baza yaradıb. Eyni zamanda bərpa olunan enerji layihələrinin reallaşdırılması rayonun gələcək enerji potensialını genişləndirir.
Cəbrayılın bərpasının ən mühüm nəticəsi insanların doğma torpaqlarına qayıtmasıdır. Böyük Qayıdış çərçivəsində Cəbrayıl şəhərinə köç prosesi 2024-cü ildə başlayıb. Bununla illərlə davam edən həsrət mərhələsi tədricən başa çatır, şəhərin küçələri yenidən sakinlərin səsi ilə canlanır. Qayıdış yalnız mənzillə təmin olunmaq deyil, burada davamlı həyatın qurulması deməkdir. Buna görə də yaşayış binaları ilə yanaşı, sosial xidmətlərin, təhsil və səhiyyə imkanlarının, məşğulluq şəraitinin və gündəlik həyat üçün zəruri infrastrukturun yaradılması diqqətdə saxlanılır. Dövlətin həyata keçirdiyi bərpa layihələrinin əsas məqsədlərindən biri də məhz qayıdan sakinlər üçün müasir və rahat yaşayış mühiti formalaşdırmaqdır. 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd edilməsi bu tarixi hadisənin yaddaşda yaşadılmasına xidmət edir. Bu gün həm Vətən müharibəsində əldə edilmiş Zəfəri, həm şəhidlərin və qazilərin fədakarlığını, həm də azad edilmiş torpaqlarda aparılan quruculuq işlərini özündə birləşdirir.
4 oktyabr Cəbrayılın azadlığının ildönümü olmaqla yanaşı, şəhərin yenidən həyata qayıdışının da rəmzidir. Tarixi torpaqların azadlığı ilə yanaşı, onların yenidən qurulması və burada həyatın bərpası da Zəfər salnaməsinin mühüm hissəsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55

