Vətən müharibəsinə 4 gün qalırdı...
23.09.2026 [08:14]
Tarixin bu günü - 23 sentyabr 2020-ci il. Vətən müharibəsinin başlamasına cəmi 4 gün qalırdı. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələri keçmiş təmas xətti boyunca növbəti təxribatlara əl atdı. Düşmən cəzalandırılmalı idi və Ordumuz da bunu etdi. 4 gün sonra Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişləri əsasında sübh tezdən təxribatların qarşısını almaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Bu, Azərbaycan tərəfindən ədalətli müharibə idi. Yüksək döyüş hazırlıqlarına malik olan Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoydu.
Atəşkəs rejimi bir gündə 49 dəfə pozulmuşdu
Müharibə sanki addım-addım, saatbasaat yaxınlaşırdı. Dağların, meşələrin, çöllərin sükutu tez-tez atəş səsləri ilə pozulurdu. Bu baxımdan sentyabrın 23-ü də istisna olmadı. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin həmin gün yaydığı məlumatda bildirlir ki, 23 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
O cümlədən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Bir gündə atəşkəs rejiminin 49 dəfə pozulması düşmənin xəbis niyyətindən xəbər verirdi. Ərazilərimizin 20 faizini otuz il ərzində işğal altında saxlayan Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmurdu. Özünün cəzasızlıq mühitində hiss edən işğalçı dövlət isə yenii ərazilər zəbt etmək xülyasına düşmüşdü.
Azərbaycan Ordusu işğal faktına son qoymağa tam hazır idi
İşğalçı Ermənistanın hərbi birləşmələrinin keçmiş təmas xətti boyunca ətraf yaşayış məntəqələrini atəşə tutmaqla, əraziləri minalamaqla dəhşətli müharibə cinayətləri törətmələrinə rəğmən, Azərbaycan Ordusu özünün yeganə missiyasını ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə görürdü. Bunun üçün də Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılması diqqət mərkəzində saxlanılırdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sentyabrın 23-də yaydığı məlumatda bildirilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.
Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin ssenarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışlarını yerinə yetirərək şərti düşmən hədəflərini məhv edib. Təlimlərin yüksək səviyyədə keçməsi ondan xəbər verirdi ki, ordumuz həmin ərəfədə ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etməyə tam hazır idi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxAnalitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15

