YAP yeni dövrün çağırışlarına uyğun olaraq fəaliyyətini davam etdirir
16.09.2026 [17:53]
Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev hesabat məruzəsi ilə çıxış edib. O diqqətə çatdırıb ki, Azərbaycanın XX əsrin sonlarında yaşadığı mürəkkəb və taleyüklü dövrdə, dövlətçiliyimizin ağır sınaqlarla üzləşdiyi bir vaxtda Ümummilli Lider Heydər Əliyevin öndərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən irəli gəlmiş və xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirmişdir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edir. Əldə edilən siyasi və diplomatik uğurlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsinə zəmin yaradır.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar və quruculuq işlərindən danışaraq, regional inkişaf proqramlarının İmişli rayonunda da uğurla həyata keçirildiyini vurğulayıb. O, həmçinin partiya fəallarının bu sahədə görülən işlərə dəyərli töhfələr verdiklərini xüsusi qeyd edib.
Milli Məclisin deputatı Səyyad Aran bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik prinsiplərinə, milli maraqlara və xalqın rifahına xidmət edən siyasi xəttini ardıcıllıqla davam etdirir. O qeyd edib ki, partiya azərbaycançılıq ideologiyasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi rəhbər tutmaqla milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, cəmiyyətin müxtəlif təbəqələri arasında sağlam ictimai münasibətlərin formalaşmasına mühüm töhfələr verir.
Sonra partiya veteranı Şahsuvar Əmirahov, gənc partiya fəalı Nuray İmanova və “Ə.Əliyev” ərazi partiya təşkilatının sədri İsrafil Məmmədov çıxış ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən qarşısına qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərərək xalqın etimadını qazanıb. O, partiyanın bundan sonra da qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirmək əzmində olduğuna əminlik ifadə edib.
Konfransda YAP İmişli rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

