YAP siyasi sistemin aparıcı qüvvəsidir
09.09.2026 [22:12]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib.
E.İsmayılov qeyd edib ki, ötən müddət ərzində YAP Ordubad rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirib.
Konfransda Ordubad Rayon İcra Hakimiyətinin başçısı Nurlan Hacıyev çıxış edərək Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın davamlı inkişafının təmin edilməsində və siyasi sistemin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. V.Rəhimzadə bu tarixi nailiyyətin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rolundan bəhs edib, partiyanın ölkənin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. O vurğulayıb ki, bu gün sıralarında 700 mindən çox üzvü birləşdirən YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi çıxış edir: “Qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında yerli təşkilatların fəaliyyəti də mühüm əhəmiyyət daşıyır”.
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin direktoru, Azərbaycanın Əməkdar müəllimi Könül İsmayılova və gənc fəal Rəvanə Seyidova gənc nəslin ictimai-siyasi proseslərə cəlb olunmasının, onların təşəbbüskarlığının dəstəklənməsinin önəmindən bəhs ediblər.
Konfransda YAP Ordubad rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30

