Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir
07.09.2026 [17:55]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müdrik siyasəti müstəqil Azərbaycanın tərəqqisini təmin edib. O, müasir tariximizin möhtəşəm uğurlarla zəngin olduğunu söyləyib: “Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının hesablaşdığı, hörmətlə yanaşdığı ölkəyə çevrilib”.
YAP Tərtər rayon təşkilatının ötən müddət ərzində sıralarını genişləndirdiyini vurğulayan E.Əsədov “Əldə olunan nəticələrlə yanaşı, qarşıda mühüm vəzifələr də dayanır. Partiya üzvləri ilə işin daha da təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və vətəndaşlarla əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir”, - deyə bildirib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin dönməzliyinin təmin edilməsi, ölkənin hərtərəfli inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması və ordumuzun daha da gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, tarixi Zəfər nəticəsində ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb: “Bu uğurlu siyasətin həyata keçirilməsində Ulu Öndərimizin qurucusu olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini müvəffəqiyyətlə davam etdirən Yeni Azərbaycan Partiyası müstəsna rol oynayır”.
Çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Onun sözlərinə görə, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması və cəmi altı aydan sonra hakimiyyətə gəlməsi Azərbaycanı xaosdan, parçalanmaq təhlükəsindən xilas edərək sabitlik, inkişaf və quruculuq yoluna çıxardı: “Bu gün Yeni Azərbaycan Partiyası azərbaycançılıq ideologiyasının daşıyıcısı kimi milli birliyin qorunmasına mühüm töhfələr verir”.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının sıralarında Vətəni, xalqı sevən minlərlə insanın birləşdiyini diqqətə çatdırıb. O, partiyanın ötən dövr ərzində xalqın inam və etimadını layiqincə doğrultduğunu vurğulayıb.
Daha sonra YAP Tərtər rayon təşkilatının Sarıcalı ərazi partiya təşkilatının sədri Vəsilə Mehdiyeva, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” ərazi partiya təşkilatının sədr müavini Pərvanə Xuduyeva və Təhsil ərazi partiya təşkilatının sədri Amil Hüseynov çıxış ediblər.
Konfransda YAP Tərtər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49

