İlanlar haqqında bilmədiklərimiz...
16.07.2026 [09:50]
Əfsanələr və elmi faktlar
İlanlar insanların ən çox ehtiyat etdiyi və qorxu hissi ilə yanaşdığı canlılardan biri hesab olunur. Bir çoxları onları yalnız təbiətdə deyil, hətta şəkillərdə və videolarda gördükdə belə narahatlıq keçirir. Bu mövzu ilə bağlı aparılan elmi tədqiqatlar maraqlı bir məqamı üzə çıxarıb: heyvanlarla əvvəlcədən tanış olmayan azyaşlı körpələrə müxtəlif canlıların təsvirləri nümayiş etdirildikdə, onların diqqəti xüsusilə ilan şəkillərinə yönəlir və bu görüntülərə digər heyvanlardan fərqli reaksiya verdikləri müşahidə olunur.
İlanlar insan həyatında və müxtəlif xalqların mədəniyyətində həmişə xüsusi yer tutub. Onlar mifologiyada ya cəhənnəm məxluqları kimi təsnif edilir, ya da ilahiləşdirilib ibadət olunurdular.
Yeri gəlmişkən, bu gün - iyulun 16-sı Ümumdünya İlan Günü kimi qeyd olunur. İlanların maraqlı xüsusiyyətləri də yetərincə çoxdur. Hazırkı təsnifata görə, dünyada 3600-ə yaxın ilan növü var.
İlanların çoxu faydalıdır....
3600-ə yaxın ilan növündən yalnız 600-nün, təqribən 17 faizinin zəhəri mövcuddur. İnsanı öldürə biləcək zəhərə malik ilan növlərinin sayı isə daha az - 232-yə yaxındır.
İnsanlar lap qədim zamanlardan ilanlardan faydalanmağa çalışıb. Qədim Romada bəzi ailələr öz həyətlərində, evlərində ilanlar bəsləyib saxlayarlarmış ki, xəstəlik törədən, ziyan verən siçanların, siçovulların kökü kəsilsin.
Bu gün də tibbi-əczaçılıq və kosmetika sənayesində ilan zəhəri qiymətli tibbi xammal kimi geniş tətbiq olunur. İlan zəhərindən istifadə etməklə qan-damar, əsəb, dəri-əzələ sistemi xəstəliklərinin müalicəsində, cərrahiyədə işlədilən müxtəlif dərman preparatları istehsal edilir.
Bütün ilanlar kar olur...
İlanların xarici qulaq seyvanı olmadığından ətrafdakı səsləri eşitməkdən məhrumdurlar. Bu, onların aciz olduqları mənasına gəlmir. Onlar ətrafdakı titrəşimləri hiss etmədə ustadırlar. Həmçinin ilanların ağız boşluğunun arxasında xüsusi bir orqan var. Lamisə orqanı, digər adlarıyla “Jacobso”n orqanı və ya vomeronazal orqan olaraq da bilinən bu orqan ilanın dili vasitəsilə ətrafdan topladığı qoxu molekullarını analiz edərək beynə sinirlərlə siqnallar göndərir. Bütün ilanların haça dillərini tez-tez çölə çıxardıb, yenidən içəri soxmasının səbəbi budur.
İlanların qisası...
Xalq arasında geniş yayılmış inanclardan biri odur ki, kimsə ilan öldürsə, həmin ilanın cütü (ikinci versiyada qardaşları) gəlib ilanın qisasını alacaq. İlanlar əsasən yumurta qoyaraq çoxalır (bəzi gürzə və digər ilan növləri istisnadır). Bu isə o deməkdir ki, ilanlar yumurtadan çıxdıqları andan etibarən valideyn qayğısından məhrum olurlar və elə dünyaya gəldikləri ilk saniyələrdən etibarən qardaşlar arasında qida rəqabəti başlayır. Yumurtadan çıxan balalar hər biri fərqli bir yerə ayrılaraq öz həyatlarını davam etdirirlər. Bəzən yumurtadan yeni çıxan balalardan birini öldürən insanlar digər ilanları gördükdə onların qisas almaq üçün gəldiyini zənn edirlər... Amma belə deyil, əslində heç bir ilan qardaşının və ya cütünün qisasını almaq üçün gəlmir.
Ac qarnına nə qədər dayana bilərlər?
İnsanlardan fərqli olaraq, yetkin ilanlar bir neçə ay qidasız yaşaya bilər. Bəzi ilan növlərinin ovlarını həzm etməsi 3-5 gün çəkir. İlanlar enerjilərini çox sərf etmədikləri üçün tez-tez yeməyə ehtiyac duymurlar. Xüsusilə, qəfəsdə olan ilanlar çox az qidalanır. Kiçik və cavan ilanlar həftədə bir dəfə, yetkin ilanlar isə ayda bir dəfə yemək yeyirlər. Nəhəng pitonlar və anakondalar isə aylarla yeməksiz qala bilərlər.
İlan sancanda nə etməli?
Məlumdur ki, havalar istiləşən kimi ilan sancmaları da artır. Qış yuxusundan ayılıblar, çinədanları zəhərlə doludur, ona görə də çinədanlarını boşaltmalıdırlar. İlan sancanda panikaya düşmək, qaçmaq, qışqırmaq olmaz, bu, təhlükəlidir. Həmin an yaranın yeri su, ətir, spirt və digər təmizləyici vasitələrlə yuyulmalı, oraya soyuq nəsə qoyulmalıdır. Yaxud təmiz tənzifi antiseptik vasitə ilə isladıb həmin yerə qoymaq lazımdır. Ağrıkəsici varsa, vurula bilər. Yaranı çərtmək, yarmaq olmaz. Yara sterildirsə, hər hansı müdaxilə olunubsa, bu, ikinci infeksiyanın bədənə daxil edilməsi deməkdir. İlan sancan şəxs zərdab vurulmaq üçün 5 saatadək xəstəxanaya çatdırılmalıdır. Xəstəxanada müvafiq müalicələr aparılır. Düzgün yardım olunduqda, xəstə sağalır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

