Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir
06.07.2026 [13:00]
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə keçid etməsinin daha bir təsdiqi oldu.
Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz “yaşıl enerji” sahəsində də Avropanın mühüm tərəfdaşlarından birinə çevrilməkdədir. Bu isə Azərbaycanın beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Dünya enerji bazarında baş verən dəyişikliklər, iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin inkişafı qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi öz enerji strategiyasını zamanın çağırışlarına uyğun şəkildə yeniləyir. Dövlət başçısının bəyanatında səsləndirilən faktlar göstərir ki, ölkəmiz artıq təkcə neft və təbii qaz ixrac edən dövlət deyil, həm də gələcəyin təmiz enerji istehsalçılarından biri olmağa hazırlaşır.
Məlumdur ki, Avropa enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin genişləndirilməsi məqsədlərini də prioritet elan edib. Azərbaycanın həyata keçirdiyi layihələr isə məhz bu strateji məqsədlərlə üst-üstə düşür. Mövcud elektrik ötürücü xətlərinin modernləşdirilməsi və yeni enerji marşrutlarının yaradılması ölkəmizi Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirir. Bu yanaşma ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imicini daha da gücləndirir. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini məhz Bakı ilə müzakirə edir və Azərbaycanın bu sahədəki potensialını yüksək qiymətləndirir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və enerji ixracının şaxələndirilməsi ölkənin dayanıqlı inkişafına əlavə imkanlar yaradır. Bu proses Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılmasına da mühüm töhfə verir.
Vüqar Musayev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04

