/ / Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır
Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır
21.05.2026 [12:08]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəsi uğurla davam edir.
“Heydər Əliyev məktəbi” adlı layihəsinin üçünçü günündə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi” adlı mövzularda dinləyicilər qarşısında çıxış ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev dahi rəhbər Heydər Əliyevin banisi olduğu Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasından danışaraq bildirib ki, Ümummilli Liderin fəaliyyəti yalnız siyasi və dövlətçilik sahəsində deyil, iqtisadi inkişaf strategiyasının formalaşdırılması baxımından da mühüm tarixi mərhələ təşkil edir. Azərbaycan iqtisadiyyatının bugünkü dayanıqlı inkişaf modeli, sahibkarlığın güclənməsi, regionların sosial-iqtisadi dirçəlişi, özəl sektorun genişlənməsi və ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyası məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin nəticəsidir: ”Ümummilli Lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı tarixi rola nəzər saldıqda aydın görünür ki, bu siyasət təkcə bir dövrün iqtisadi proqramı deyil, müasir Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası idi. Dahi şəxsiyyətin ideyaları və müəyyən etdiyi iqtisadi inkişaf kursu bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır”.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov çıxışında Ulu Öndər Heydər Əliyevin ulu Nizami yurdu Gəncənin tarixində, mədəniyyətində və inkişafındakı rolundan ətraflı söhbət açıb: ”Ulu Öndər Azərbaycanın inkişafı strategiyasında Gəncə şəhərinə xüsusi diqqət ayırıb, eləcə də böyük mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə millətimizin mənəvi qüdrətinin yüksəlişi üçün vacib ideoloji məsələ kimi baxmışdır. Böyük şəxsiyyət Heydər Əliyevin arzularına uyğun olaraq Gəncə şəhəri bu gün inkişaf edir, genişmiqyaslı abadlıq və quruculuq işləri yeni vüsət alıb. Ulu Öndər Heydər Əliyevi qədirbilən gəncəlilər həmişə məhəbbətlə, ehtiramla yad edirlər.
Qeyd edək ki, layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edir. Beş gün ərzində davam edəcək “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçəcəklər.
Sonda iştirakçılara Sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

