Fransanın keçmiş Baş naziri istintaqa cəlb ediləcək
20.05.2026 [21:25]
Fransanın keçmiş Baş naziri Eduar Filip “Le Havre Seine Metropole” şəhər birliyinin idarəolunması ilə bağlı qohumbazlıq və dövlət vəsaitlərinin mənimsənilməsi şübhələri üzrə istintaqa cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Monde” və “Blast” qəzetlərinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, bu prosedur 2023-cü ilin dekabrında Maliyyə Cinayətləri üzrə Milli Prokurorluq tərəfindən başlanmış ilkin araşdırmanın davamı olaraq həyata keçirilir. Araşdırma qanunsuz maraq toqquşması, dövlət vəsaitlərinin mənimsənilməsi, qohumbazlıq və mənəvi təzyiq ittihamlarını əhatə edir.
İşin başlanmasına səbəb 2023-cü ilin sentyabrında “Le Havre Seine Metropole” qurumunun keçmiş baş direktorunun müavini tərəfindən verilmiş şikayət olub.
İstintaq xüsusilə 2020-ci ilin iyulunda Eduar Filipin rəhbərlik etdiyi şəhər birliyi ilə “LH French Tech” arasında imzalanmış müqaviləyə fokuslanıb. Həmin dövrdə assosiasiyaya Stefani dö Bazele rəhbərlik edib və o, eyni zamanda, rəqəmsal texnologiyalar üzrə bələdiyyə sədrinin müavini vəzifəsini icra edib.
Məlumata görə, bu çərçivədə 2 milyon avrodan artıq dövlət vəsaiti ayrılıb.2024-cü ilin aprel ayında Ruan məhkəmə polisi tərəfindən aparılan araşdırmalar çərçivəsində Havr bələdiyyəsində və şəhər birliyinin qərargahında axtarışlar həyata keçirilib. 2025-ci ilin iyununda mülki tərəf statusu ilə təqdim olunan yeni şikayət artıq müstəqil istintaq hakiminin təyin edilməsinə imkan yaradıb. Fransa qanunvericiliyinə əsasən, prokurorluq hələ rəsmi ittiham irəli sürmədiyi halda belə, prosedur avtomatik olaraq məhkəmə istintaqının başlanmasına səbəb ola bilər.
Eduar Filip ittihamları əvvəldən qətiyyətlə rədd edir. Hazırda Havr şəhərinin “Horizons” partiyasından olan meri vəzifəsini icra edən keçmiş Baş nazir Fransa mediasına açıqlamasında bu işdə qanun pozuntusuna yol vermədiyini bildirib.
Qeyd edək ki, bu məhkəmə işi siyasi baxımdan da həssas dövrə təsadüf edir. Eduar Filip mütəmadi olaraq 2027-ci il prezident seçkisində namizəd ola biləcək əsas siyasi fiqurlar sırasında göstərilir. Məhkəmə istintaqının açılması isə artıq geniş ictimai diqqət çəkən bu işə yeni siyasi və hüquqi ölçü qazandıra bilər.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

