Ağstafada “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib
07.05.2026 [14:52]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədi müstəqilliyin memarı: Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçirilib və ekskursiya təşkil edilib.
Mərkəzdə tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə ölkəmizi qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Bu gün Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi qlobal gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.
Geniş məruzə ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarınının gerçəkləşdirilməsinə yönəltmişdir. Ümummilli Liderin xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı nailiyyətlər yalnız Azərbaycanın müstəqilliyini, mövcudluğunu qorumaq və inkişaf yollarına çıxarmaqla məhdudlaşmır. Yeni əsrin başlanğıcında Ulu Öndərin liderliyi ilə ölkəmizin qarşısında duran bir çox məsələlər artıq öz uğurlu həllini tapmış, gələcəyin güclü, qüdrətli Azərbaycanının sarsılmaz bünövrəsi qoyulmuşdur. Bu gün Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımızı qurub-yaradır. Bu zəfərlərin memarı Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevdir.
Tədbirdə çıxış edən digər natiqlər - Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin müdiri Əziz Məsmalıyev, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov və Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçiliyimizin möhkəm təməlini qoymuş, milli birliyi və gələcəyə inamı formalaşdırmışdır. Onun siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsas dayağı kimi çıxış edir. İnkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Tədbir Ağstafa rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

