Azərbaycan öz sülh missiyasını uğurla davam etdirir
07.05.2026 [09:56]
Məlum olduğu kimi, may ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edib. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev bu toplantısındakı çıxışında sülhün regionda iqtisadi inteqrasiya və tranzit imkanlarının genişlənməsi üçün əsas amil olduğu bəyan edib. Dövlət başçısı Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olunduğunu, ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə imzalanan Birgə Bəyannaməni xatırladaraq, artıq iki ölkənin doqquz aydır sülh içərisində yaşadığını vurğulayıb. Cənab Prezident bildirib ki, “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub”. Bildirilib ki, hələ 1990-cı illərin əvvəlindən Ermənistana Azərbaycandan tranzit məhdudiyyətləri tətbiq edilmişdi. Vaşinqton görüşlərindən sonra tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Əlavə olaraq Azərbaycan tərəfindən əlavə addımlar atılıb. Ölkəmiz ilk dəfə olaraq öz neft məhsullarını - benzin və dizeli Ermənistana təchiz etməyə başladı. Bununla da, iki ölkə arasında ticarət münasibətləri başladı. Bu vaxta qədər Azərbaycandan 12 min ton neft məhsulları Ermənistana ixrac edilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Dövlət başçısının çıxışının əsas xəttini sülhün artıq reallığa çevrildiyi barədə mesaj təşkil edib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşayır və bu şəraitdə qarşılıqlı münasibətləri formalaşdırır. Bu yanaşma sülhün yalnız siyasi bəyanat olmadığını, konkret addımlar və praktiki nəticələrlə müşayiət olunduğunu göstərir. Ölkə başçısı çıxışında bir sıra Avropa institutlarının mövqeyinə də toxunub. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasınin fəaliyyətində müşahidə olunan qərəzli yanaşma və ikili standartlar tənqid edilib. Qeyd olunub ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib və BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini həyata keçirib. Lakin buna baxmayaraq, bəzi qurumlar tərəfindən ölkəmizə qarşı əsassız ittihamlar və siyasi təzyiq cəhdləri davam etdirilir. Bununla yanaşı, çıxışda Avropa Komissiyasınin daha konstruktiv mövqeyi xüsusi qeyd olunub. Bu, Azərbaycanın Avropa ilə münasibətlərdə qarşılıqlı hörmət və balans prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətini göstərir. Prezident İlham Əliyev bildirib ki, “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”. Avropa Parlamenti İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sonuncu qətnamə isə Zirvə görüşünə cəmi 4 gün qalmış qəbul edilib. Cənab Prezu=identin dediyi kimi “Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”. Onu da qeyd edək ki, bu əməllərə cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Ən əsası, Prezident İlham Əliyev sonda bidirib ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.
Şəmsi Nəcəfov,
YAP Göygöl rayon təşkilatı üzrə “24 № li Yol İstismarı “ Məhdud Məsuliyyətli Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 18:30
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47

