Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib

Fransa vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib

09.03.2026 [10:19]

Fransa hökuməti Yaxın Şərqdə təhlükəsizliyin pisləşməsi fonunda İraqda olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlar ölkədən ayrılmazdan əvvəl İraqdakı Fransa diplomatik nümayəndəliklərinə özləri barədə məlumat verməlidirlər.

Bundan əlavə, Fransa hökuməti vətəndaşlarına İraqa səfər etməməyi qəti şəkildə tövsiyə edib.

İraqın şimalında yerləşən Ərbil şəhərində hava limanı yaxınlığında baş verən zərbələr nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü həlak olub, daha biri isə yaralanıb. Həmçinin, şənbə gecəsi Ərbildə güclü partlayış səslərinin eşidildiyi bildirilib.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31