Tarixi ədalətin təcəssümü: Xocalı Soyqırımı Memorialı
03.03.2026 [14:22]
Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi sərgiləyən qüvvələr yalnız ərazi iddiaları ilə kifayətlənməmiş, eyni zamanda yerli əhalini doğma torpaqlarından zorla çıxarmaqla sistemli etnik təmizləmə siyasəti yürütmüşlər. İşğalçılıq niyyətlərini həyata keçirərkən mülki insanların hədəfə alınması, qadınlara, uşaqlara və yaşlılara qarşı törədilən amansız cinayətlər bu düşmənçi siyasətin mahiyyətini açıq şəkildə ortaya qoymuşdur. Dinc əhaliyə qarşı kütləvi zorakılıq aktları nə hüquqi, nə mənəvi, nə də beynəlxalq normalarla uzlaşmayan ağır cinayətlərdir.
Erməni millətçilərinin törətdiyi kütləvi qırğınlar arasında xüsusi qəddarlığı və miqyası ilə seçilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biri olaraq xalqımızın yaddaşına həkk olunmuşdur. Bu dəhşətli hadisə illər keçsə də unudulmamış, əksinə, milli yaddaşımızda həm böyük bir kədər, həm də ədalətin bərpasına olan sarsılmaz inam kimi yaşamışdır. Qadınlara, uşaqlara və qocalara qarşı misilsiz vəhşiliklə törədilmiş bu soyqırımı xalqımızın yaddaşında silinməz iz buraxmışdır.
Zaman keçdikcə Xocalı faciəsi yalnız hüzn və faciə simvolu kimi deyil, eyni zamanda milli birliyin, həmrəyliyin və mübarizə ruhunun rəmzinə çevrilmişdir. Bu hadisə cəmiyyətimizi sarsıtsa da, xalqımızın azadlıq və ədalətə olan inamını daha da möhkəmləndirmiş, milli şüurun formalaşmasında və vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynamışdır.
Tarixi ədalətin bərpası isə 2020-ci ildə baş vermiş Vətən müharibəsi ilə real nəticəsini tapdı. Azərbaycan xalqının illərlə davam edən həsrətinə son qoyan bu haqq mübarizəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük müharibənin davamı olaraq 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı Xocalı şəhərinin azad edilməsi isə Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borcun yerinə yetirilməsi, xalqımızın qürur və ləyaqətinin bərpası kimi tarixə düşdü.
Bu proseslər bir daha sübut etdi ki, Azərbaycan xalqı öz tarixi yaddaşına sahib çıxır və ədalət uğrunda mübarizədən heç vaxt geri çəkilmir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, Silahlı Qüvvələrimizin rəşadəti, şəhidlərimizin misilsiz fədakarlığı və xalq–ordu birliyi nəticəsində uzun illər davam edən işğala son qoyuldu.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mühüm tarixi hadisə olmaqla, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu, Xocalının öz doğma sahiblərinə qayıtdığını və xalqımızın illərlə arzuladığı ədalətin təntənəsini simvolizə etdi.
Elvin Əliyev
YAP Babək rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

