/ / Tramp və Ali Məhkəmə: ticarət müharibəsinin hüquqi sərhədi və prezident səlahiyyətlərinin toqquşması
Tramp və Ali Məhkəmə: ticarət müharibəsinin hüquqi sərhədi və prezident səlahiyyətlərinin toqquşması
03.03.2026 [10:17]
Yaxın Şərqdə baş verən geosiyasi silkələnmələr fonunda ABŞ-ın öz daxilində də az qala konstitusion xarakterli bir qarşıdurma yaşanır. ABŞ Ali Məhkəməsi tərəfindən qəbul edilən qərar yalnız ticarət siyasəti ilə bağlı deyil, bütövlükdə prezident hakimiyyətinin hüquqi sərhədlərinə dair prinsipial presedent yaratdı.
Ali Məhkəmə 6 lehinə, 3 əleyhinə səs çoxluğu ilə qərara aldı ki, Donald Tramp administrasiyasının 2025-ci il ərzində tətbiq etdiyi genişmiqyaslı idxal tarifləri Konstitusiyaya ziddir. Məhkəmənin əsas arqumenti ondan ibarət oldu ki, prezident bu tarifləri 1977-ci il “Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında” qanuna (IEEPA) istinadla tətbiq etsə də, həmin qanun vergi və gömrük rüsumlarının sistemli şəkildə dəyişdirilməsi üçün nəzərdə tutulmayıb. Məhkəmənin əsaslandırma hissəsi 170 səhifəlik rəy sənədi ilə təqdim edildi. Burada açıq şəkildə vurğulanırdı: “Vergi və ticarət siyasəti Konqresin müstəsna səlahiyyətidir. Prezident bu səlahiyyəti fövqəladə vəziyyət anlayışı ilə əvəz edə bilməz”.
“Originalistlər” və Konstitusiyanın sərt oxunuşu
Qərarın maraqlı tərəfi ondan ibarətdir ki, Trampın məğlub olduğu bu işdə ona qarşı səs verən hakimlərdən ikisi məhz onun birinci prezidentliyi dövründə təyin etdiyi mühafizəkar hüquqşünaslar idi. Onlar özlərini “originalist” - yəni Konstitusiyanı sözbəsöz, tarixi mənasına uyğun şərh edən məktəbin nümayəndələri sayırlar.
Bu yanaşmaya görə, vergilər, gömrük rüsumları, xarici ticarət rejimi Konqresin səlahiyyət dairəsinə daxildir və icra hakimiyyəti yalnız məhdud və müvəqqəti çərçivədə müdaxilə edə bilər.
Trampın tarif siyasəti təsadüfi deyildi. 2024-cü ildə apardığı seçki kampaniyasından başlayaraq o, açıq şəkildə bəyan edirdi ki, ABŞ federal büdcəsi üçün yeni maliyyə mənbələri tapmaq lazımdır. Lakin Konqresdən keçən klassik vergi islahatları uzunmüddətli, siyasi baxımdan riskli və kompromislərlə doludur. Tariflər isə fərqli mexanizmdir: bir imza ilə qüvvəyə minir, xarici ölkələrə yönəlmiş kimi təqdim olunur, əslində isə yük sonda istehlakçının üzərinə düşür. Bu mənada tariflər gizli vergi funksiyası daşıyırdı. Tramp Konqresdəki çıxışlarından birində bunu gizlətməmişdi: “Tarifləri başqa ölkələr ödəyir. Bu, amerikalı ailələr üçün vergi yükünü azaldır”.
Hüquqi paradoks: ABŞ niyə tariflərlə oynayır?
Məsələnin dərin hüquqi kökü var. ABŞ dünyada idxal ƏDV-si olmayan nadir ölkələrdəndir. Avropa İttifaqında ƏDV: 16-27 faiz, Çində: 13 faiz, Hindistan, Avstraliya, Sinqapurda - GST sistemi, ABŞ-da isə yalnız satış vergisi mövcuddur, o da ştatdan ştata dəyişir (3-15 faiz). Tramp məhz bu boşluğu tariflərlə doldurmağa çalışırdı. Ali Məhkəmə isə faktiki olaraq dedi: “Bu, vergi islahatıdır, amma Konqressiz aparıla bilməz”. Bu qərar Trampı dayandırırmı? Xeyr. Qərar siyasi baxımdan Tramp üçün zərbə olsa da, strateji məğlubiyyət deyil. ABŞ qanunvericiliyi prezidentə alternativ mexanizmlər təqdim edir: 1962-ci il Ticarətin Genişləndirilməsi Aktı - Bölmə 232 (milli təhlükəsizlik əsaslı tariflər), 1974-cü il Ticarət Aktı - Bölmə 301 (ədalətsiz ticarət praktikalarına cavab). Bu mexanizmlər vaxt baxımından məhduddur, tarif dərəcəsini azaldır, lakin ardıcıl tətbiq olunduqda eyni effekti yaradır.
Siyasi nəticə: güc bölgüsü yenidən xatırladıldı
Bu qərarın əsas əhəmiyyəti tariflərdən daha genişdir. Ali Məhkəmə faktiki olaraq prezidentin fövqəladə səlahiyyət anlayışını daraltdı, Konqresin fiskal rolunu xatırlatdı, ABŞ daxilində institusional balansın hələ də işlədiyini göstərdi. Lakin eyni zamanda bir reallıq da üzə çıxdı: qlobal ticarət müharibələri artıq hüquqi deyil, siyasi alətə çevrilib. Tramp üçün tariflər iqtisadi mexanizm yox, siyasi silahdır. Ali Məhkəmə isə bu silahdan istifadəyə hüquqi çərçivə qoymağa çalışır. Bu qarşıdurma bir şeyi dəqiq göstərir: ABŞ-da ticarət siyasəti artıq yalnız iqtisadi məsələ deyil, konstitusion güc bölgüsünün testidir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

