Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

17.02.2026 [12:01]

“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Qaranlıqdan sonra” adlı xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.

Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib.

Sonra reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.

Bədii hissədə sığınacağın uşaqları ilə bərabər Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, Əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.

Sonda “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Özgə uşağı olmur” himni səsləndirilib.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28