Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə inflyasiya son 50 ayın minimum səviyyəsinə enib

Türkiyədə inflyasiya son 50 ayın minimum səviyyəsinə enib

03.02.2026 [19:39]

Türkiyədə illik inflyasiya göstəricisi son 50 ayın minimum səviyyəsinə düşüb.

AZƏRTAC bu barədə Türkiyə Statistika İdarəsinin (TÜİK) fevralın 3-də açıqladığı cari ilin yanvar ayı üzrə qiymət artımı göstəricilərinə istinadla xəbər verir.

TÜİK-in məlumatına əsasən, 2026-cı ilin yanvar ayının yekunlarına görə, Türkiyədə inflyasiya səviyyəsi 4,84 faiz təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstəricidən (5,03 faiz) və 2024-cü ilin yanvar ayındakı göstəricidən (6,70 faiz) aşağıdır.

İllik inflyasiya səviyyəsi 30,65 faiz olub.

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek TÜİK-in göstəricilərini şərh edərək bildirib ki, inflyasiyanın artmasına təsir göstərən amillərin təsiri məhdudlaşdırılacaq.

“Qiymət sabitliyinin təmin edilməsi istiqamətində hökumət qətiyyətli addımlar atmağa davam edəcək, ölkədə təkliflərin artımını bundan sonra da stimullaşdıracaq”, – deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30