Sülhün inkişafına real töhfə...
13.01.2026 [10:31]
Azərbaycanın regionda formalaşdırdığı etimad mühiti
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq region üçün uzunmüddətli sülh və əməkdaşlıq perspektivlərini daha aydın şəkildə gündəmə gətirir. Onilliklər boyu qarşıdurma və etimadsızlıq mühitində mövcud olmuş region bu gün yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas memarı isə heç şübhəsiz ki, Azərbaycan dövlətidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyət Bakıya yalnız hərbi və siyasi deyil, həm də iqtisadi və humanitar təşəbbüslər vasitəsilə sülh gündəliyini irəli aparmaq imkanı yaradıb.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda davamlı sabitlik yalnız qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mühitində mümkündür. Məhz bu yanaşmanın praktik təzahürü kimi Azərbaycanın Ermənistana taxıl yüklərinin tranzitinə icazə verməsi, eləcə də neft məhsullarının ixracı xüsusi əhəmiyyət daşıyır. Bu addımlar bir tərəfdən Azərbaycanın humanist və konstruktiv mövqeyini nümayiş etdirirsə, digər tərəfdən sülhün İrəvan üçün yaradacağı iqtisadi dividendləri açıq şəkildə ortaya qoyur. Bakı göstərir ki, sülh abstrakt anlayış deyil, konkret iqtisadi faydalar və rifah deməkdir. Azərbaycanın atdığı bu addımlar regionda etimadın bərpasına xidmət etməklə yanaşı, sülh prosesinin praktik əsaslar üzərində inkişafına da real zəmin yaradır.
Neft məhsullarının növbəti partiyası yola salınıb...
Vurğulandığı kimi, Azərbaycanın əsas məqsədlərindən biri regionu qlobal iqtisadi-ticari marşrutların mühüm həlqəsinə çevirmək, eyni zamanda qonşu dövlətlər arasında münasibətləri normal qonşuluq və qarşılıqlı maraqlar müstəvisinə çıxarmaqdır. Ermənistanla münasibətlərin mərhələli şəkildə normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli aktor olduğunu bir daha təsdiqləyir. Azərbaycanın Ermənistan üzərindən tətbiq etdiyi iqtisadi məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması, bu ilin oktyabrında taxıl ixracının Azərbaycan ərazisi vasitəsilə həyata keçirilməsi mühüm siyasi və iqtisadi mesaj idi. İndi isə Bakının Ermənistana neft məhsullarının ixracına başlaması regional situasiyanın daha fərqli mərhələyə keçdiyini göstərir. Bu addım təkcə iqtisadi mahiyyət daşımır, eyni zamanda Azərbaycanın sülh prosesinə sadiqliyinin, sabitlik və qarşılıqlı asılılıq üzərində qurulan yeni regional düzənin tərəfdarı olduğunun bariz nümunəsidir.
Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə, 2698 ton (ümumilikdə, 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır. Bundan əvvəl, ötən ilin 18 dekabrında Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Bu ixracat ötən ilin noyabrin 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsaslanır.
Region qlobal iqtisadi-ticari marşrutların əsas həlqəsinə çevrilir
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yerləşdiyi geostrateji coğrafiyanın üstün mövqeyindən yalnız öz milli maraqları üçün deyil, bütün regionun inkişafı naminə istifadə etməyə çalışır. Bakı üçün əsas prioritet qonşu dövlətlərlə münasibətləri normal qonşuluq, qarşılıqlı hörmət və iqtisadi maraqlar müstəvisinə çıxarmaqdır. Ermənistana neft məhsullarının nəqli də məhz bu geniş strateji baxışın tərkib hissəsidir. Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, regionda əməkdaşlıq mühitinin formalaşması bütün tərəflər üçün faydalıdır. İqtisadi əlaqələrin bərpası Ermənistanın da regional layihələrdən kənarda qalmamasına, izolyasiya vəziyyətindən çıxmasına imkan yarada bilər. Bakı bununla göstərir ki, sülh yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi inteqrasiya ilə də möhkəmlənə bilər. Azərbaycan regional lider kimi məsuliyyətli mövqe ortaya qoyaraq Cənubi Qafqazda qarşıdurma yox, əməkdaşlıq modelini təşviq edir.
Praqmatik əməkdaşlıq sülh üçün əlavə stimuldur...
Mövcud proseslər onu göstərir ki, hələ rəsmi sülh sazişi imzalanmadan belə Bakı ilə İrəvan arasında müəyyən praktik və praqmatik əməkdaşlıq elementləri meydana çıxmağa başlayıb. Bu isə region üçün olduqca mühüm siqnaldır. Neft məhsullarının nəqli və tranzit imkanlarının yaradılması tərəflər arasında etimadın ilkin konturlarını formalaşdırır. Şübhəsiz ki, bu əməkdaşlıq mühiti sülh prosesinin inkişafına birbaşa təsir göstərməlidir. Çünki iqtisadi əlaqələr və qarşılıqlı fayda münasibətləri siyasi riskləri azaldan əsas amillərdəndir. Prosesin daha da dərinləşməsi siyasi iradədən, xüsusilə Ermənistan rəhbərliyinin revanşist ritorikadan imtina edib konstruktiv xətt seçməsindən asılı olacaq. Azərbaycan öz addımları ilə göstərir ki, sülh gündəliyi realdır və bu gündəlik İrəvan üçün də konkret iqtisadi üstünlüklər vəd edir. Başqa sözlə, indi top Ermənistanın meydanındadır.
Bakı qarşılıqlı etimad və sabitlik formalaşdırır
Azərbaycanın həyata keçirdiyi siyasət revanşizmə deyil, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq əsasında uzunmüddətli sabitliyin təmin olunmasına yönəlib. Bakı dəfələrlə bəyan edib ki, məqsədi regionda yeni gərginlik ocaqları yaratmaq deyil, münaqişə səhifəsini birdəfəlik bağlamaqdır. Ermənistana neft məhsullarının ixracı da bu yanaşmanın bariz nümunəsidir. Bu addım həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır: Azərbaycan sülhə hazırdır və sülhün real mexanizmlərini təklif edir. Qarşı tərəfin bu imkanlardan yararlanması isə Ermənistanın gələcək siyasi kursundan asılıdır. Bakı göstərir ki, sülh yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadi rifah, enerji təminatı və regional inteqrasiya deməkdir. Cənubi Qafqazın qlobal ticarət marşrutlarına inteqrasiyası baxımından enerji və yük daşımaları mühüm rol oynayır və Bakı bu prosesin əsas lokomotivi kimi çıxış edir.
İrəvan üçün ciddi fürsətlər...
Beləliklə, Azərbaycanın Ermənistana neft məhsullarının nəqli Cənubi Qafqazda sülhün inkişafına xidmət edən strateji və uzaqgörən addımdır. Bu siyasət bir daha sübut edir ki, rəsmi Bakı regionda sabitliyin əsas təminatçısı və sülhün aparıcı tərəfidir. Azərbaycan sülhün yalnız kağız üzərində deyil, real iqtisadi və sosial faydalar üzərində qurulmasının tərəfdarıdır.
Bu yanaşma Ermənistan üçün də ciddi fürsətlər yaradır. Sülh yolu seçilərsə, İrəvan regional layihələrdən pay ala, iqtisadi blokadadan çıxış əldə edə və uzunmüddətli sabitliyə qovuşa bilər. Beləliklə, Azərbaycanın atdığı bu addımlar təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinin sülh və əməkdaşlıq üzərində qurulmasına xidmət edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09
Hadisə
12 Yanvar 11:09
Dünya
12 Yanvar 10:41
MEDİA
12 Yanvar 10:29
Dünya
12 Yanvar 10:17
Dünya
12 Yanvar 09:45
Dünya
12 Yanvar 09:21
Dünya
12 Yanvar 08:50
Dünya
12 Yanvar 08:39
Sosial
12 Yanvar 07:51
İdman
11 Yanvar 23:17
Sosial
11 Yanvar 22:31
Sosial
11 Yanvar 21:25
İdman
11 Yanvar 20:49
Dünya
11 Yanvar 20:44
Dünya
11 Yanvar 19:13
Dünya
11 Yanvar 19:07

