Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Tiencində Yeni Səhifə
05.09.2025 [17:43]
Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatındakı Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında ikitərəfli görüş baş tutub. Görüş zamanı ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Prezident İlham Əliyev həmçinin sammitdə çıxış edərək Azərbaycan-Çin əlaqələrinin prioritetliyini və beynəlxalq təşəbbüslərə dəstəyini vurğulayıb.
Görüşün əvvəlində dövlət başçıları birgə foto çəkdirdilər. Çin Sədri Si Cinpin Azərbaycan Prezidentini “mənim əziz dostum” deyərək salamlayıb və onun “ŞƏT plyus” Zirvə toplantısında, həmçinin Çin Xalq Respublikasının xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirakına görə təşəkkürünü bildirib.
Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində qurulmuş uğurlu əməkdaşlıq münasibətlərinə toxunaraq, hazırda əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd edib. O, Prezident İlham Əliyevin Çinə dövlət səfərini məmnunluqla xatırlayıb və səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətini vurğulayıb. Çin Sədri ölkələr arasındakı ticarət dövriyyəsinin artmasını, energetika (o cümlədən bərpaolunan enerji) və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib. Həmçinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini və Trans-Xəzər marşrutunun rolunu qeyd edib.
Si Cinpin Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini bildirib. O, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması üçün birbaşa dialoqun vacibliyini vurğulayıb və Çin tərəfinin ölkəmizin suveren inkişaf modelini dəstəklədiyini, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu qeyd edib.
Cavab olaraq Prezident İlham Əliyev dəvətə görə təşəkkürünü bildirib və Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı Çinə dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərin və aparılmış dialoqun iki ölkə arasındakı əməkdaşlığın inkişafına ciddi təkan verdiyini qeyd edib. O, hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, ölkəmizin Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. Dövlət başçısı ölkələr arasındakı ticarət münasibətlərində əsaslı artımı vurğulayıb və “Bir kəmər, bir yol” layihəsinin vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artmasını bu dəhlizin səmərəliliyinin nümunəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını və artıq iki ölkə arasında sülhün bərqərar olduğunu bildirib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi, vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra turizm sahəsində əlaqələrin inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Sammitdə çıxış edən Prezident İlham Əliyev ŞƏT sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə minnətdarlığını bildirib. O, Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edərək, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıb.
Dövlət başçısı Azərbaycanla Çin arasında səmimi dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu əlaqələrin dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Son iki ildə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini qeyd edən Ölkə başçısı, ötən il Astanada keçirilmiş ŞƏT sammitində strateji tərəfdaşlıq qurulduğunu və bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq barədə Birgə Bəyanatın imzalandığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsünü fəal dəstəklədiyini qeyd edib. O, ölkələr arasındakı qarşılıqlı fəaliyyətin siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat, elm, texnologiya, təhsil və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb. Bu ilin iyul ayından vizasız rejimin tətbiqinin turizmin inkişafına təkan verdiyini bildirib.
Dövlət başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu, beynəlxalq və regional sülhün qorunmasına töhfə verdiyini qeyd edib. O, “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri kimi Azərbaycanın bu istiqamətdə praktiki layihələr reallaşdırdığını bildirib. Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olduğunu vurğulayan Dövlət Başçısı, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafını, Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətinin artırılmasını qeyd edib.
Orta Dəhlizin Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut olduğunu bildirən Prezident İlham Əliyev, 2022-ci ildən bəri bu dəhliz üzrə yükdaşımaların həcminin təxminən 90 faiz artdığını və keçid müddətinin azaldığını qeyd edib. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə razılaşmaların tranzit imkanlarını genişləndirəcəyini və Zəngəzur dəhlizinin Orta və Şimal-Cənub dəhlizlərinin mühüm seqmentinə çevriləcəyini bildirib.Sonda Prezident İlham Əliyev Sədr Si Cinpinə dəvətə görə təşəkkür edib və sammit iştirakçılarına səmərəli iş arzulayıb.
Bu görüş və sammit Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına töhfə verəcək mühüm hadisə kimi qiymətləndirilir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17

