Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsi dəyişən cərəyan sisteminə keçib
05.09.2025 [23:14]
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan daha bir layihəni uğurla başa çatdırıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 kilometr) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.
Bununla da Bakı–Böyük Kəsik magistral dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.
Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri, beynəlxalq dəmir yolu marşrutları və yüksəksürətli şəbəkələrdə AC sistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.
Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək. Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma xərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.
ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçid yalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizel dartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyi yüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyə dayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələri cəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadi cəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.
Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da ardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsi yenilənib və müasir standartlara cavab verir. Bu isə daşımaların çevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmət keyfiyyətini artırır. ADY-nin davamlı olaraq yenilənən parkında AC ilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotiv var. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.
AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləri aradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalı azalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsi isə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalq tranziti daha səmərəli və sürətli edir.
Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 kilometr) və Gəncə–Ucar (113 kilometr) sahələrində dəmir yolu infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 kilometr) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmir yolu infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmir yolu xətti olan Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17

