İqlim investisiyalarına açıq ölkə
05.09.2025 [11:49]
“Moody’s”un hesabatında Azərbaycan ekoloji dayanıqlılığı təmin edən qabaqcıl dövlətlər sırasında yer alır
“Moody’s” beynəlxalq reytinq agentliyinin bu günlərdə açıqladığı hesabata əsasən, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələr qrupunda yer alıb. Hesabata görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyasını genişləndirməklə dayanıqlı iqlim maliyyəsi formalaşdırmağa çalışır. Bu siyasət, ümumilikdə, regionun davamlı inkişafı və rəqabət qabiliyyətinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Reytinq agentliyinin hesabatında ölkəmizin xüsusi iqlim təşəbbüskarlığının dəyərləndirilməsində mühüm amillərdən biri kimi 2024-cü ilin sonlarında Bakıda uğurla və nümunəvi bir formada keçirilən COP29 platforması da əsas yer tutur. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP-29 sammiti beynəlxaql iqlim ailəsinin yüksək rəğbətini qazanmaqla tarixə ən uğurlu COP-lardan biri kimi düşdü. İndiyə qədər iqlim hədəfləri ilə bağlı həll edilməmiş məsələlər məhz Bakıda müsbət anlaşma sayəsində təsdiqini tapdı.
Azərbaycan COP29-un Sədri kimi dünya iqlim ailəsi qarşısında irəli sürülən 14 əsas təşəbbüsün hər birini uğurla başa çatdırdı, dayanıqlı maliyyələşmə arxitekturasını qurdu. COP-un əsas gözlənti olan yeni iqlim maliyyəsi təsisatı praktiki fəaliyyətə başladı. “Bakı Qlobal İqlim Şəffaflığı Platforma” və İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu işlək institutlar kimi hazırda iqlim maliyyəsinə ehtiyacı olan dövlətlərin prioritet maliyyələşmələrini icra edir. Bir sözlə, Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaqda xüsusi təşəbbüskarlığı uğurlu strategiya kimi COP-30 sammiti üçün yol xəritəsinə çevrilib. Bu nailiyyət sözsüz ki, “Moody’s”un hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasına təsir göstərir.
Dayanıqlı iqlim maliyyələşməsi təmin olunur
Reytinq agentliyinin hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallının fikrincə, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə, ekoloji dayanıqlılığın təmin edilməsi və “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə karbon emissiyalarının azaldılması istiqamətində uzunmüddətli strategiya müəyyən edib. Milli inkişaf prioritetlərinə uyğun olaraq, 2050-ci ilə qədər karbon emissiyalarının 1990-cı il səviyyəsindən 40 faiz azaldılması hədəfdədir. Bu strategiya çərçivəsində təmiz ekoloji mühitin təmin olunması və ekoloji infrastrukturun inkişafı istiqamətində davamlı maliyyələşmə həyata keçirilir. 2024-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsinə 361,8 milyon manatdan çox vəsait ayrılıb. Növbəti illərdə də “yaşıl maliyyələşmə” prioritet xərclərdən biri kimi diqqətdə saxlanılacaq.
Qeyd edək ki, “Moody’s” hesabatında Azərbaycanın ekoloji layihələrə yönəltditi sərmayə axıcılığı da təqdir edilir. Vurğulanır ki, dövlətin “yaşıl əzmkarlığı” sayəsində qarşıdakı illərdə bərpaolunan enerji istehsalı və nəqlində beynəlxalq koalisiya ilə birgə əməkdaşlıq genişlənir. Qeyd edilir ki, Azərbaycan hökumətinin dövlət və özəl investisiyaları artırması ilə yanaşı, beynəlxalq maliyyə institutları ilə iqlim layihələrində əməkdaşlığı gücləndirməsi də hədəflənən nəticələrə nail olmaqda tələb olunan maliyyə çatışmazlığını həll edəcək.
Maliyyə institutları və iri sərmayədarlarla “yaşıl investisiya” layihələri
Azərbaycan digər region ölkələri kimi beynəlxalq institutlardan və çoxtərəfli inkişaf banklarından güzəştli kreditlər cəlb edir. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) “yaşıl enerji” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında təsdiq edilən “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində 173,5 milyon dollar olan kredit yönəldiləcək ki, həmin vəsaitlər hesabına növbəti 5 ildə bərpaolunan enerji mənbələrinin istehsalının artırılması, elektrik ötürücü şəbəkəyə inteqrasiya tədbirləri həyata keçiriləcək. Asiya Bankı ilə bir neçə ay əvvəl imzalanmış 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlığı Strategiyası sənədində bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb.
Azərbaycan nüfuzlu maliyyə təşkilatları ilə yanaşı, “yaşıl enerji” sənayesində böyük təcrübəyə malik ən nəhəng şirkətlərlə sıx əməkdaşlıq edir, bərpaolunan enerji sahələrinə yatırılan sərmayələrin həcmi dayanmadan artır. Ötən il böyükhəcmli “yaşıl sərmayələr”ə dair açar sazişləri imzalayıb. Təkcə körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda 2 milyard dolardan artıq böyükhəcmli sərmayə layihələrinin əsası qoyulub.
Habelə Avropa və Asiyanın nəhəng investorları ilə anlaşma sənədlərina imza atılıb. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb, qlobal investorlar - “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.
“Yaşıl enerji”nin Şərq-Qərb marşrutu
Respublikamız bərpa olunan enerjinin ixracının reallaşması istiqamətində qətiyyətli addımlar atır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Azərbaycan bərpaolunan enerjinin ixracında da fəal və təşəbbüskar dövlətdir, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin müəliflərdindən biridir. Layihəyə əsasən, Avropaya “yaşıl enerji” ixracı gerçəkləşəcək. Azərbaycan bununla Bakı-Tbilisi-Ceyhan neft, TAP qaz kəmərlərinin ardınca, Avropada yeni enerji dəhlizinin müəllifinə çevriləcək.
Beləliklə, “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatı bir daha göstərir ki, aparılan strateji tədbirlər və dövlət dəstəyi nəticəsində Azərbaycanda ekoloji dayanıqlılığın təmin olunması, karbon emissiyalarının azaldılması və “yaşıl iqtisadiyyat”ın təşviqi sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu nailiyyətlər ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası və ekoloji siyasətinin uğurla həyata keçirildiyini göstərir, davamlı inkişafın təmin olunması, iqlim risklərinin minimuma endirilməsi və “yaşıl transformasiya” prinsiplərinin səmərəli tətbiqi baxımından strateji əhəmiyyət daşıyır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Sosial
11 Sentyabr 11:54

Gündəm
11 Sentyabr 11:42

Sosial
11 Sentyabr 11:27

Sosial
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

İqtisadiyyat
11 Sentyabr 11:26

Siyasət
11 Sentyabr 11:19

İqtisadiyyat
11 Sentyabr 10:57

İqtisadiyyat
11 Sentyabr 10:35

Analitik
11 Sentyabr 10:17

MEDİA
11 Sentyabr 09:56

Analitik
11 Sentyabr 09:43

Analitik
11 Sentyabr 09:30

Analitik
11 Sentyabr 09:15

Analitik
11 Sentyabr 08:54

Dünya
11 Sentyabr 08:46

Sosial
11 Sentyabr 08:45

Sosial
11 Sentyabr 08:22

Dünya
10 Sentyabr 23:37

Dünya
10 Sentyabr 23:17

İqtisadiyyat
10 Sentyabr 22:56

Siyasət
10 Sentyabr 22:19

Elanlar
10 Sentyabr 21:43

İdman
10 Sentyabr 21:22

Dünya
10 Sentyabr 20:54

YAP xəbərləri
10 Sentyabr 20:28

İqtisadiyyat
10 Sentyabr 20:18

Dünya
10 Sentyabr 19:41

Dünya
10 Sentyabr 19:32

İqtisadiyyat
10 Sentyabr 19:10

YAP xəbərləri
10 Sentyabr 18:12

YAP xəbərləri
10 Sentyabr 17:25

YAP xəbərləri
10 Sentyabr 17:16

Siyasət
10 Sentyabr 16:41

Sosial
10 Sentyabr 16:40

Siyasət
10 Sentyabr 16:38

YAP xəbərləri
10 Sentyabr 16:14

Siyasət
10 Sentyabr 16:01

Elanlar
10 Sentyabr 15:26

Xəbər lenti
10 Sentyabr 14:22

Gündəm
10 Sentyabr 14:14

Dünya
10 Sentyabr 13:51

Sosial
10 Sentyabr 13:48
YAP xəbərləri
10 Sentyabr 13:27

Sosial
10 Sentyabr 12:27

YAP xəbərləri
10 Sentyabr 12:15

Siyasət
10 Sentyabr 12:02

İqtisadiyyat
10 Sentyabr 11:46

İqtisadiyyat
10 Sentyabr 11:20

Sosial
10 Sentyabr 11:19

Hadisə
10 Sentyabr 11:17

Siyasət
10 Sentyabr 11:13

Dünya
10 Sentyabr 11:05

Analitik
10 Sentyabr 10:58

Analitik
10 Sentyabr 10:43

İqtisadiyyat
10 Sentyabr 10:29

İqtisadiyyat
10 Sentyabr 10:23

Hadisə
10 Sentyabr 10:21

İqtisadiyyat
10 Sentyabr 10:21

Sosial
10 Sentyabr 10:18

Siyasət
10 Sentyabr 10:15

Analitik
10 Sentyabr 10:05

Analitik
10 Sentyabr 09:51

Dünya
10 Sentyabr 09:46

Analitik
10 Sentyabr 09:39

Sosial
10 Sentyabr 09:15

Sosial
10 Sentyabr 08:52

MEDİA
10 Sentyabr 08:29

Gündəm
10 Sentyabr 08:12

Gündəm
10 Sentyabr 07:39
