Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

09.07.2025 [18:43]

Avropa İttifaqı Suriyanın Latakiya bölgəsini cənginə alan yanğınların söndürülməsinə dəstək məqsədilə “Copernicus” yer müşahidəsi proqramını aktivləşdirib.

AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid əs-Salih Avropa İttifaqından yanğınların söndürülməsinə dəstək istəyib.

Avropa İttifaqının Suriyadakı missiyasının səlahiyyətli rəhbəri Mişel Unmaxt təşkilatın bu istiqamətdə göstərilən səylərə dəstək verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Avropa İttifaqına məxsus olan “Copernicus” proqramı müxtəlif peyklər vasitəsilə fəlakətlər, iqlim dəyişikliyi, kənd təsərrüfatı və digər sahələrlə bağlı məlumatları emal edir. Toplanan məlumatlar təhlil edilərək faydalı və etibarlı informasiya halına gətirilir.

Paylaş:
Baxılıb: 284 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30