Xankəndidə ECO Zirvəsi: Qarabağ regional sülh və inkişaf mərkəzinə çevrilir
09.07.2025 [18:17]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
İyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü siyasi və diplomatik baxımdan tarixi əhəmiyyət kəsb edir. Bu mühüm toplantı Azərbaycanın regional lider kimi artan rolunu və beynəlxalq arenada nüfuzunu bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin çıxışında azad edilmiş ərazilərdə genişmiqyaslı dirçəliş prosesi və post-münaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar əsas diqqət mərkəzində idi.
Təxminən 30 il davam edən Ermənistan işğalı nəticəsində azad edilmiş ərazilərimizdə böyük dağıntılar törədilib. Şəhərlər və kəndlər tamamilə yerlə-yeksan edilmiş, dini və mədəni abidələr sistemli şəkildə məhv edilib. Xüsusilə, 67 məsciddən 65-nin dağıdılması, digər ikisinin isə təhqiredici şəkildə heyvan tövləsi kimi istifadə olunması beynəlxalq hüququn və mənəvi dəyərlərin kobud şəkildə pozulmasının bariz nümunəsidir.
Azərbaycan dövləti “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 minə yaxın vətəndaşını doğma torpaqlarına qaytarmışdır. Yeni şəhər və kəndlərin inşası, müasir infrastrukturun qurulması, həmçinin bölgənin sosial-iqtisadi inkişafı bu prosesin əsas istiqamətlərini təşkil edir. Bu fəaliyyətlər həm də dövlətimizin post-münaqişə strategiyasının mühüm tərkib hissəsidir.
Zirvə görüşündə, Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etdiyini və Ermənistanın kapitulyasiyası ilə bölgədə yeni mərhələnin başlandığını diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış bir milyondan artıq mina bu gün də ciddi humanitar təhlükə mənbəyi olaraq qalır. Mina partlayışları nəticəsində indiyədək 400-ə yaxın insan həlak olmuş və ya ağır yaralanıb.
Cənab İlham Əliyevin çıxışında toxunulan digər mühüm məsələ isə Qərbi azərbaycanlıların hüquqları ilə bağlı olub. Dövlət başçısı İstanbulda keçirilmiş İƏT Nazirlər Şurası tərəfindən qəbul edilən qətnaməyə istinad edərək, Ermənistandan zorla qovulmuş azərbaycanlıların sülh yolu ilə geri qayıdışının beynəlxalq hüquq çərçivəsində prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ECO-ya üzv ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar da xüsusi qeyd olunub. 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş Zirvə görüşlərindən sonra ölkəmiz artıq üçüncü dəfə bu cür yüksək səviyyəli toplantıya ev sahibliyi edərək, regionda liderlik mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyev çıxışında ölkəmizin enerji və nəqliyyat sahəsindəki strateji rolunu da geniş şəkildə vurğulayıb. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ilə regionun aparıcı logistik mərkəzinə çevrilib. Bu imkanlardan ECO-ya üzv ölkələrin əksəriyyəti istifadə edir.
COP29 konfransının ilk dəfə ECO məkanında — Azərbaycanda keçirilməsi və 197 ölkənin bu tədbirdə iştirak edəcəyi faktı da dövlətimizin beynəlxalq nüfuzunun göstəricisidir. İnkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması, İtki və Zərər Fondunun aktivləşdirilməsi kimi təşəbbüslər dövlətimizin qlobal səviyyədə məsuliyyətli aktor kimi çıxış etdiyini nümayiş etdirir.
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən “ECO Həftəsi” çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil olunmuşdur. Bu tədbirlər Azərbaycanın ECO çərçivəsində multidisiplinar əməkdaşlıq platforması yaratmaq niyyətinin göstəricisidir. Eyni zamanda, Şuşanın 2026-cı ildə “ECO-nun Turizm Paytaxtı” elan olunması ölkəmizin turizm diplomatiyası sahəsində uğurlarını təsdiqləyir. Dövlətimizin təşəbbüsü ilə yaradılması nəzərdə tutulan ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi isə təşkilatın elmi, texnoloji və ekoloji potensialının artırılması baxımından strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin ECO-17 Zirvə görüşündəki çıxışı Azərbaycanın regional güc statusunu və müasir dünyada artan rolunu bir daha təsdiqləyir. Xankəndidə keçirilən bu Zirvə görüşü təkcə iqtisadi əməkdaşlıq baxımından deyil, həm də geosiyasi, mədəni və ideoloji aspektlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə beynəlxalq əməkdaşlıq platformaları yaradaraq bu torpaqları regional iqtisadi və diplomatik mərkəzlərə çevirməyə doğru irəliləyir. Bu proses həm regionun uzunmüddətli sabitliyinə, həm də ECO-nun gələcək inkişafına ciddi töhfə verir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

