17 ildə 170 milyard kubmetr qaz
09.07.2025 [10:56]
Azərbaycan 12 dövlətin qaz təhlükəsizliyinin dayanıqlı tədarükçüsünə çevrilib
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycan qlobal bazara təbii qaz ixrac etdiyi vaxtdan, yəni 2009-cu ildən 2025-ci ilin aprel ayının sonunadək 170 milyard kubmetrdən çox təbii qaz tədarünü təmin edib. Ötən 17 ildə respublikamız dünya bazarında hər il davamlı olaraq qaz ixracının coğrafiyasını genişləndirməklə 12 dövlətin enerji təhlkükəsizliyinin təminatçısına çevrilib. Yanacağın nəqlinə başlananda Azərbaycan yalnız Gürcüstana təbii qaz ixrac edirdisə, hazırda enerji alıcılarının sayı 12-yə bərabərdir. Qeyd edilən dövrdə ölkəmizin qaz nəql etdiyi dövlətlərin sırasında qardaş Tükiyə ilk yerdə dayanır, Türkiyəyə ixrac edilmiş qazın həcmi 84,57 milyard kubmetr təşkil edir ki, bu da cəmi ixracın 50 faizi deməkdir. Qaz həcminə görə, ikinci alıcı ölkə İtaliyadır, yanacağın nəql həcmi 37,93 milyard kubmetrə bərabərdir.
Azərbaycanın qaz nəql etdiyi 17 illik dövr 2 mərhələyə bölünə bilər. Birinci dövr Bakı-Tbilisi-Ərzurum və TANAP-la qazın Gürcüstan, Türkiyə, Yunanıstana nəql edildiyi dövrdür. İkinci, qaz coğrafiyasında ən həlledici mərhələ olan Cənub Qaz Dəhlizinin nəhəng arteriyası olan TAP kəmərinin işə düşməsi isə 2020-ci ilin dekabrından Avropa İttifaqına ixracın dayanıqlı başlanmasıdır. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib.
2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirdi və yanacaq həcmlərinin artırılmasına dair niyyət ifadə olundu. Bu plana əsasən, qaz nəqli daha da artırılıb. 2023-cü ildə isə yanacaq nəqli 12 milyard kubmetr, 2024-cü ildə respublikamız xarici ölkələrə 25,2 milyard kubmetr həcmində qaz ixrac edib ki, onun 12,9 milyard kubmetri Avropa dövlətlərinin payına düşür.
Hazırda ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiyaya qaz nəqlini təmin etməkdədir.
TAP kəmərinin ötürücülük gücü genişləndirilir
Mövcud proqnozlara görə, 2025-ci ildə ölkəmzin Avropa regionuna ixracı 14 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. Anlaşma Memorandumuna əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova, Avstriya, Moldovanın da qaz əldə etməsi planlaşdırılır.
Azərbaycanın qaz istehsalı həcmlərinin artması və yanacağa olan tələbatın yüksəlməsi Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüd edir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.
“Şahdəniz”dən sonra “Abşeron” dövrü başlayır
Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kub.metr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2024-cü ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvəl açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib.
Digər türk dövlətlərinin TAP-a qoşulması reallaşır
Avropa İttifaqı Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla Xəzər mənbəyindən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP- vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

