Növbəti görüş baş tutacaq?
09.07.2025 [09:45]
Vaşinqton - Tehran danışıqları bərpa olarsa...
Yaxın zamanda ABŞ ilə İran rəsmiləri arasında növbəti görüş planlaşdırılır. Belə ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib ki, ABŞ-İran danışıqları böyük ehtimalla gələn həftə baş tutacaq. Tramp da öz növbəsində qeyd edib ki, Tehran Ağ Evdən ikitərəfli görüşlərin davam etdirilməsini xahiş edib. Amerika lideri əlavə edib ki, o, ABŞ-ın İranın nüvə proqramını məhv etdikdən sonra İslam Respublikası ilə danışıqların aparılmasını o qədər də əhəmiyyətli hesab etmir. “ABŞ - ın İranın nüvə obyektlərinə zərbələrindən sonra mən müzakirələrin nədən ibarət olduğunu soruşdum. Düşünürəm ki, onların bizə hörməti var, İsrailə də hörməti var. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik”, - deyə Ağ Evin rəhbəri vurğulayıb. ABŞ rəhbəri Vaşinqtonun İrana qarşı yeni hücum əməliyyatında maraqlı olmadığını da bildirib - “Vaşinqton çətin ki, yenidən İrana qarşı hərbi güc tətbiq etsin. Ümid edirəm, biz bunu etmək məcburiyyətində qalmayacağıq. Təsəvvür edə bilmirəm ki, biz bunu etmək istəyəcəyik”. Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarələri İranın üç nüvə obyekti - Fordo, Natanz və İsfahan obyektlərinə raket hücumları həyata keçirib. İran KİV-lərinin məlumatına görə, hər üç nüvə obyekti tam məhv edilməsə də, hücum nəticəsində ciddi dağıntılarla üzləşib. İsrail Hərbi Hava Qüvvələri də 12 gün ərzində İranın hərbi strateji obyektləri ilə yanaşı, nüvə obyektlərinə də sarsıdıcı zərbələr endirib.
İran XİN rəhbərinin bəyanatı
İran İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi bir müddət bundan əvvəl yerli mətbuata açıqlamasında bəyan edib ki, Tehran hələ ABŞ-la İranın nüvə məsələsinin nizamlanması üzrə danışıqların davam etdirilib-etdirilməyəcəyi barədə qərar verməyib - “Mən aydınlıq gətirmək istəyirəm ki, hələlik heç bir razılıq əldə olunmayıb və yeni danışıqlara başlamaqla bağlı qərar qəbul edilməyib”. Əraqçi, həmçinin vurğulayıb ki, İran diplomatik danışıqlara hazırdır, lakin Tehran dialoq zamanı ABŞ-ın bir daha hərbi əməliyyatlarla təhdid etməyəcəyinə əmin olmalıdır.
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla danışıqlarda maraqlı olması barədə bəyanatlarını rədd edib. İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib: “Bizim tərəfimizdən ABŞ tərəfinə görüş ilə bağlı heç bir sorğu göndərilməyib”.
Hər iki tərəf danışıqlarda maraqlıdır
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ ilə İran arasında növbəti görüşün baş tutması mümkündür. “ABŞ ilə İran arasında danışıqların yeni mərhələsinin başlanacağı haqqında Ağ Evdən gələn məlumatlar onu deməyə əsas verir ki, həm Vaşinqton, həm də Tehran aralarındakı problemləri ikitərəfli dialoq yolu ilə həll etməkdə maraqlıdır. Qeyd edim ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücum əməliyyatından sonra İran rəhbərliyi Vaşinqton ilə danışıqları dayandırdığını bəyan etmişdi. İsrailin İrana 12 günlük hücumu zamanı da tərəflər arasında danışıqlar aparılmırdı. Ancaq son hadisələrin ABŞ-İran danışıqlar prosesinin tamamilə donmasına gətirib çıxaracağını düşünmək sadəlövhlük olardı. İsrail-İran qarşıdurması sona çatdıqdan dərhal sonra, o cümlədən Vaşinqton İrandakı öz missiyasını bitirən kimi Ağ Evin rəhbəri Tehranla danışıqları bərpa etməkdə qərarlı olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ağ Evdə hesab edirlər ki, Vaşinqton İranla növbəti danışıqlarda öz məqsədlərinə nail ola bilər. Çünki həm İsrailin, həm də ABŞ-ın hücumları zamanı İranın nüvə obyektləri sıradan çıxarılıb. O ki qaldı gələn həftə ABŞ ilə İran rəsmiləri arasında növbəti görüşün baş tutmasına, bu barədə indidən dəqiq proqnoz vermək mümkün deyil. Ona görə ki, İran rəhbərliyi tərəfindən ABŞ ilə növbəti görüşün keçiriləcəyi ilə bağlı rəsmi məlumat verilməyib. Qeyri-müəyyənlik olsa da, bu görüş baş tuta bilər. Hesab edirəm ki, ABŞ ilə İran arasında danışıqlar prosesi bərqərar olunacaq. İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda jurnalistlərə son açıqlamasında bildirmişdi ki, İran ABŞ-la danışıqlardan imtina etmir və danışıqlar prosesinə sadiqdir”, - deyən Ə.İbrahimov vurğulayıb ki, Tehran ABŞ-a etibar etmir: “İran narahatdır ki, tərəflər arasında dialoqun getdiyi bir zamanda İsrail, hətta ABŞ-ın özü tərəfindən İranın ərazisinə hücumlar təşkil olunsun”.
Vaşinqtonun məqsədi
“Tramp administrasiyasının əsas məqsədi İranı öz nüvə proqramından imtina etməyə vadar etməkdir. İranın nüvə obyektlərinə ağır zərbələrdən sonra Vaşinqton bu prosesi danışıqlar yolu ilə bitirmək niyyətindədir. Ancaq xüsusi bir məqamı nəzərə almaq lazımdır ki, İranı güc və təzyiq yolu ilə öz nüvə proqramından imtina etdirmək qeyri-mümkündür. Tehran yalnız öz istəyi ilə öz proqramından imtina edə bilər. ABŞ İrana qarşı təzyiqləri və təhdidləri davam etdirsə də, Tehran öz yolundan dönməyəcək. Bu məsələ qarşılıqlı maraqlar çərçivəsində həll oluna bilər”, - deyə Ə.İbrahimov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

