Yayın “yeməyi”...
04.06.2025 [08:04]
Hansı qidalara üstünlük verək?
Sağlam olmağın vacib şərtlərindən biri düzgün qidalanmadır. Rahat və gümrah həyat sürmək istəyiriksə, ilk növbədə, sağlamlığın və gözəlliyin harmoniyası olan düzgün qidalanma qaydalarına riayət etməliyik. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Təsadüfi deyil ki, xəstəliklərin əksəriyyəti düzgün qidalanmama nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar baş verir.
Artıq yay mövsümü başlayıb. Havaların isti keçdiyi günlərdə qida rasionunda nələrə diqqət etməli olduğumuz aktuallıq kəsb edir. Mütəxəssislər də yay mövsümündə xəstəliklərin əsas səbəbinin qidalanma ilə əlaqədar olduğunu bildirirlər. Məlumdur ki, isti havalarda qidalardan zəhərlənmə, həmçinin müxtəlif infeksion xəstəliklərin yaranması çoxalır.
Yuxu rejimi vacibdir...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan dietoloq Şəfa Yadigarova bildirib ki, yay fəsli maddələr mübadiləsinin aktivləşdiyi bir fəsildir: “Qışdan fərqli olaraq, bu fəsldə qan dövranı yaxşılaşır. İnsanlar yayda daha çox istirahət edirlər, fiziki aktivliyi ön plana çəkirlər. Havalar isti keçdiyinə görə, istər-istəməz çox su içirik. Daha çox detoks sularından istifadə edirik. Yediyimiz qidalar daha rahat həzm olunur. Buna baxmayaraq qida rejiminə diqqət etmək lazımdır.
Yay fəsli daxili orqanların, hormonların sürət mexanizminə çox yaxşı təsir göstərir. Odur ki, hormonların sürət mexanizminin daha da aktivləşməsi üçün yuxu rejiminə düzgün əməl etməli, səhər tezdən oyanmalı və yüngül fiziki idman hərəkətləri etməliyik. Açıq havada yoqa ilə məşğul olmaq, yürüş etmək də olar. Bu, xüsusən səhər və axşam saatlarında daha faydalıdır”.
Ağartı məhsulları...
Dietoloqun sözlərinə görə, isti havalarda su içmək vacibdir: “Meyvə-tərəvəzlərin tərkibindəki xeyirli maddələr səhər saatlarında mənimsənilir. Ona görə də səhərlər meyvə şirələrinə də üstünlük versək, gün ərzində daha pozitiv, daha gümrah olarıq. Yay fəslinin əsas vacib şərti odur ki, axşam yeməyi yüngül olsun. Çünki, axşam saatlarında həzm sistemi ağır işləyir. Ona görə də, çiy və ya bişmiş tərəvəzlərə, ev şəraitində hazırlanmış detoks çaylarına və ağartı məhsuluna üstünlük vermək lazımdır”.
Bu qidalardan uzaq durun...
Ş.Yadigarova qeyd edib ki, yay fəslində orqanizmin vitamin balansını tənzimləmək üçün təbii meyvə-tərəvəzlər yemək vacibdir: “İsti aylarda əlavə vitamin qəbulu məsləhət deyil. Çünki orqanizm bu fəsildə zəhərli toksinlər ifraz etməyə başlayır. Yəni istənilən dərman preparatlarının tərkibindəki maddə orqanizm tərəfindən mənimsənilmir. Yay fəslində əti və yağlı qidaları bir kənara qoymaq lazımdır. Dana əti belə orqanizmə bu aylarda mənfi təsir göstərir. Eləcə də quzu ətindən hazırlanmış qidaların tərkibindəki ağır xolestrin orqanizm tərəfindən yaxşı mənimsənilmir”.
Yayda kərə yağı həzm olunmur
Dietoloqun sözlərinə görə, zülal insan orqanizmi üçün vacibdir: “Zülallar həm heyvan, həm də bitki mənşəli olur. Qışda ət məhsullarına üstünlük verilir. Yayda isə bitki mənşəli zülal qəbul edilməlidir. Çalışıb paxlalı bitkilər yemək lazımdır. Tərəvəz, toyuq şorbaları içmək olar. Yayda kərə yağı həzm olunmur, orqanizmdən sovrulmur. Buna görə də yeməkləri bitki yağı ilə hazırlamaq məsləhətdir. Yayda eyni zamanda yumurtadan da az istifadə etmək lazımdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50

