ABŞ ilə İran razılığa gəlsə...
03.06.2025 [08:53]
Tramp məhdudiyyətləri ləğv edəcək?
Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında son iki ayda aparılan diplomatik təmaslar, o cümlədən Məsqətdə baş tutan görüşlər artıq öz nəticələrini göstərməyə başlayıb. Belə ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Vaşinqton İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına gəlib. Nəşr qeyd edir ki, ötən həftə Ağ Evin mətbuat katibi Karolin Levitt Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Milli Təhlükəsizlik Şurasına “İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı” tələb edən direktiv göndərib. Bu, Trampın İrana qarşı “maksimum təzyiq” siyasətinə faktiki olaraq son qoyması anlamına gəlir. Levittin müavini Anna Kelli nəşrə şərhində bu məlumatı birbaşa təkzib etməyib, ancaq bildirib ki, “ya Ağ Ev, ya da müvafiq nazirliklər sanksiyalarla bağlı hər hansı yeni qərarı elan edəcək”. Nəşrin məlumatında, həmçinin bildirilir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər tətbiq edib. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.
Yeni saziş imzalanacaqmı?
Trampın İranla bağlı bu qərarı onun administrasiyasının bəzi rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb - onlar fasilənin uzun müddət çəkəcəyindən və əks-təsirlərindən narahatdırlar. Beynəlxalq ekspertlərin bir qismi isə hesab edir ki, Trampın bu yanaşmasının məqsədi İranın nüvə proqramı üzrə danışıqlar fonunda gələcək məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməkdir. Eyni zamanda, bəzi Qərb KİV-lərində Vaşinqton və Tehranın yaxın gələcəkdə nüvə enerjisi ilə bağlı saziş imzalayacağı barədə məlumatlar dolaşmaqdadır.
Sabitlik üçün yeni imkanlar
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton və Tehran arasında hazırkı təmaslar Yaxın Şərq üçün xüsusi əhəmiyyət kəsb edir: “ABŞ-İran münasibətlərində buzların əriməsi - xüsusən də sanksiyaların müvəqqəti dayandırılması və Omanın vasitəçiliyi ilə aparılan dialoq Yaxın Şərqdə geosiyasi proseslərə dərin və çoxşaxəli təsir göstərə bilər. Bu addım yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və əməkdaşlığın formalaşmasında, habelə iqtisadi və nəqliyyat sahəsində yeni imkanlar açır. Eyni zamanda, nüvə razılaşmasının bərpası perspektivləri güclənərsə, bu, Yaxın Şərqdə silahlanma yarışının qarşısını almağa kömək edə bilər,” - deyə V.Zifəroğlu vurğulayıb. Ekspertin sözlərinə görə, ABŞ-İran münasibətlərinin yumşalması Yaxın Şərqdə müxtəlif güc mərkəzləri arasında qarşılıqlı razılaşmaya və koordinasiyanın artmasına yol aça bilər: “Ən azı Yəmən, İraq və Suriya kimi münaqişə bölgələrində - İranın təsir imkanlarının məhdudlaşdırılması və diplomatik həll yollarının təşviq edilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, son 2 ildə İran vaxtilə təsir imkanlarının olduğu bölgələrdə kifayət qədər zəifləyib”.
Müsbət nəticənin regional təsiri...
Ekspert, həmçinin bildirib ki, ABŞ-İran dialoqu, İbrahim razılaşmaları çərçivəsində ərəb ölkələrinin İsraillə münasibətlərinə də təsir edə bilər: “İrandan gələn “eqzistensial təhlükə” ritorikasının yumşalması, Körfəz ölkələrinin öz siyasətlərini daha balanslı qurmasına imkan verəcək. Lakin Təl-Əvivin İranla bağlı güzəştlərə qarşı kəskin reaksiyası regional sabitliyi yenidən poza bilər. Nəzərə almaq lazımdır ki, İran daxilində də sərt mövqeli qüvvələr mövcuddur və onlar ABŞ-la aparılan danışıqlarda güzəşt edilməsinə qarşı ciddi mövqe sərgiləyirlər”.
Sonda V.Zifəroğlu əlavə edib ki, ABŞ ilə İran arasında yaxın zamanda yeni nüvə sazişinin imzalanması mümkün görünsə də, bu prosesin tezliklə və rəsmən yekunlaşacağı hələ qəti deyil.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10

