Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb

Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb

27.04.2025 [22:46]

"Qarabağ" komandası futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.

AZƏRTAC xəbər verir ki, XXXII turda "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.

Qarşılaşmada hesabı 42-ci dəqiqədə qonaq komandanın hücumçusu Redon Cica açıb. Albaniyalı forvard penalti zərbəsini dəqiq yerinə yetirib. Bərabərlik qolu isə ikinci hissədə vurulub. Paytaxt təmsilçisinin heyətində Boyan Letiç 73-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bununla da xallarını 77-yə çatdıran Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub. “Sabah” isə 40 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, tura aprelin 28-də keçiriləcək “Sumqayıt”-“Neftçi” oyunu ilə yekun vurulacaq.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30