Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir
09.04.2025 [20:14]
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Aprelin 4-də Bakıda “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları 2025-ci ilin mühüm beynəlxalq tədbirlərindən biri kimi böyük önəm kəsb edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Builki Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci toplantısına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi. Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə baş tutan bu toplantılar enerji təhlükəsizliyi, regional əməkdaşlıq və bərpaolunan enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın enerji siyasətində mühüm strateji mərhələ kimi dəyərləndirilən nazirlərin bu görüşü regionun, o cümlədən Avropanın ölkəmizin enerji resurslarına təlabatının getdikcə artacağını göstərir.
Avropanın enerji təminatında yeni və etibarlı alternativ mənbə olan Azərbaycan özünün mavi qaz hasilatını artırmaqla daha çox ölkəni enerji ilə təmin etmək iqtidarında olduğunu sübut etməkdədir. Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan Avropaya 2021-ci ildə təxminən 8 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib. Bu rəqəm Avropanın ümumi istehlakında o qədər də böyük görünməsə də, bir çox ölkələr, xüsusilə alternativ mənbələrə çıxış imkanları zəif olan Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazı böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən toplantısında çıxış edərək Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynadığı qeyd olunub. 2025-ci ilin aprel ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclası, Azərbaycan və Avropa arasında enerji əməkdaşlığını daha da gücləndirmək məqsədi daşıyır. Bu tədbirlərdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək, enerji təhlükəsizliyinin və yaşıl enerji gündəliyinin vacibliyini vurğuladı. Əsas müzakirə mövzuları arasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi, qaz təchizatının coğrafiyasının artması və bərpa olunan enerji mənbələrinin inkişafı yer aldı. Azərbaycan, qaz təchizatını 12 ölkəyə çatdırmağı və Avropada yeni qazpaylama şəbəkələrinin qurulmasında iştirak etməyi planlaşdırır. Bu, Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirəcək. Yaşıl enerjinin inkişafı da əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev, "2030-cu ilə qədər 6 giqavatlıq günəş və külək enerjisi təmin edəcəyik," deyərək, Azərbaycanın enerji istehsalında təbii qaza qənaət edəcəyini və bu qazı ixraca yönəldəcəyini bildirdi. Bu, həm daxili tələbatı qarşılamağa, həm də Avropaya əlavə təbii qaz göndərməyə imkan verəcək. Azərbaycan, enerji sahəsindəki strateji layihələrini yalnız daxili bazarın tələblərinə uyğun deyil, həm də qlobal enerji təhlükəsizliyinə və siyasi maraqlara uyğun şəkildə formalaşdırır. Bu layihələrdən ikisi – Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri – ölkənin gələcək inkişafında, həmçinin regional və beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi (CQD) layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 4 seqmenti özündə birləşdirən CQD layihəsinin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya uğurla iştirak edirlər. Bu baxımdan da CQD enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. CQD-nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Azərbaycanın enerji resurslarının şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını mühüm mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb. Dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki CQD-nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”. Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas oyunçulardan birinə çevrilib: “Prezident Əliyevin vurğuladığı kimi, bu layihə təkcə nəqliyyat marşrutu yaratmaqla məhdudlaşmır, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasını təmin edərək Avropanın enerji təchizatında yeni səhifə açır.Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur. Aprelin 4-də Bakıda öz işinə başlayan CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan CQBK, TANAP və TAP-ın tam iş gücündə işlədiyini vurğulayaraq onların genişləndirməsinin zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Bununla da Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, ölkəmizin bu sahədə uğurlarına nəzər yetirərək deyə bilərik ki, Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq fəal iştirak edirik.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

