Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib

09.04.2025 [11:17]

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıran Jorje Jezus gətiriləcək.

Portuqaliyalı mütəxəssis hazırda yığmanın sükanı arxasına ən real namizəd hesab olunur.

70 yaşlı baş məşqçinin təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var.

Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, J.Jezusun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər.

Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, "Flamenqo" komandasına rəhbərlik edib.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30