Cəmiyyətin mühüm dayağı...
14.05.2024 [10:35]
Ölkəmizdə söz azadlığı necə qorunur?
Fikir və ifadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından biridir. Eyni zamanda söz azadlığının tərəqqisi hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir. Bu baxımdan da söz və fikir azadlığı insanların ayrılmaz hüququ sayılır. Azad media sivil, demokratik cəmiyyətdə vətəndaşların ictimai forumu rolunu oynayır. Belə ki, vətəndaş öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir. Buna görə də hər sivil dövlətdə azad, müstəqil medianın təşəkkül tapması olduqca mühüm faktdır.
Azərbaycan hər zaman sivil, demokratik dəyərlərə sadiqlik nümayiş etdirib. Ölkəmizdə söz və fikir azadlığının, azad medianın bərqərar olmasına böyük önəm verilir. Bu bir həqiqətdir ki, azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı iqtisadi, siyasi inkişafı qeyri-mümkündür. Bu həqiqəti müasir dünyada hər kəs qəbul edir. Lakin söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir, o süni, hibrid halda yalnız ziyan gətirir.
Azad mediaya sahib olmağımızla fəxr edirik...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Aqil Məmmədovun sözlərinə görə, ictimai-siyasi fəallığı ilə seçilən demokratik toplumlar azad medianın hüquqi bazasını qurmağa və daim təkmilləşdirməyə çalışırlar: “Lakin həqiqətin gözünə dik baxmaq lazımdır. Dünyanın heç bir ölkəsində azad medianın yaranması və təşəkkülü prosesi asan olmayıb. O xalqlar ki, söz, fikir azadlığı, plüralizmə əsaslanan medianın sərbəst fəaliyyət göstərməsinin ümumi mənafe üçün faydalı və alternativsiz olduğunu qəbul ediblər, təbii ki, onlar vətəndaş cəmiyyəti quruculuğunda daha üstün mövqelər qazana biliblər. Azərbaycan xalqı sivil, demokratik düşüncəyə sahib olan xalqlardandır ki, söz, media azadlığını və tolerantlığı özünün mənəvi, əxlaqi və ictimai dəyərlərinə, həyat və düşüncə tərzinə çevirə bilib. Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik. Qeyd edək ki, bu səviyyəyə çatana qədər milli mətbuatımız mürəkkəb təkamül yolu keçib. Ölkəmizdə söz, düşüncə azadlığı bir mütərəqqi ideya olaraq, öncə ictimai-fəlsəfi fikirdə inkişaf edib. Azərbaycanda ilk dəfə dahi mütəfəkkir Mirzə Fətəli Axundov söz və mətbuat azadlığının milli tərəqqi üçün vacib olduğunu söyləyib. Xalqımızın fikir və qələm dühaları - Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli və başqaları ilk növbədə məhz, mətbu nəşrlər vasitəsilə milli intibahımız yolunda böyük xidmətlər göstəriblər”.
Söz azadlığı əhalinin rifahı ilə harmonik inkişaf etməlidir
Deputatın sözlərinə görə, təqdirəlayiq haldır ki, Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq, söz və düşüncə azadlıqlarını nəzərdə tutan bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasını təmin edir: “Ölkəmiz Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməni və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa iqtisadi islahatlarla paralel aparılıb. Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşanda, təbii ki, söz, fikir və media Konvensiyasını və başqa vacib hüquqi-normativ sənədləri təsdiq edib. Azərbaycanda 1996-cı ildə “Mətbuat azadlığı haqqında”, 2003-cü ildə “İnformasiya azadlığı haqqında” qanunlar qəbul edilib. Bu tarixi sənədlər dövlət orqanlarını, o cümlədən özəl, fiziki və hüquqi şəxsləri informasiya sahibi hesab edir və onların üzərinə konkret vəzifələr qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın.
Burada bir məqamı da vurğulamaq istərdim. Söz, fikir və düşüncə azadlığı ölkənin inkişafı, əhalinin rifahı ilə harmonik inkişaf etməlidir. Əks halda, cəmiyyətdə radikallaşma baş verə bilər”.
Y.BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

