Paşinyan dövlətə xəyanətdə ittiham olunacaq?
06.05.2022 [10:31]
Məlik MƏMMƏDOV
Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin doğurduğu növbəti daxili siyasi böhranı yaşayır. Artıq bir aya yaxındır ki, ölkədə mitinqlər keçirilir. Erməni müxalifəti düşünür ki, Nikol Paşinyanı 2018-ci ilin mayında onlardan hakimiyyəti alıb isti yerlərindən məhrum etdiyinə, indi isə Azərbaycan və Türkiyə ilə sülh şəraitində birgə yaşamaq üçün danışıqlar apardığına görə cəzalandırmağın vaxtı çatıb.
Aprelin 6-da Ermənistanda başlayan etiraz aksiyaları Brüsseldə əldə olunan razılaşmalara reaksiya olub. Aprelin 25-də Ermənistanda revanşist müxalifət “ümummilli etiraz hərəkatı”na başlayıb. Bəyan edilən məqsəd Ermənistanın baş nazirinin Azərbaycanla danışıqlarının qarşısını almaq üçün Nikol Paşinyanı istefaya məcbur etməkdir. Revanşistlər bir neçə gündən sonra bu məqsədlərinə çata biləcəklərini bildirirlər.
Serj Sarkisyan və Robert Köçəryan ortada çox görünməməyə və revanşistlərin cəhdlərinə “arxa cəbhə”də rəhbərlik etməyə üstünlük verirlər. Çünki təcrübənin göstərdiyi kimi, Ermənistan cəmiyyəti öz keçmiş əzabkeşlərinin hakimiyyətə qayıtmasını qəti şəkildə istəmir. Ona görə də bu tamaşanın əsas personajları kimi Ermənistanda siyasi arenada nisbətən yeni olan, “Ermənistan” müxalifət blokundan parlamentin vitse-spikeri, daşnak İşxan Saqatelyan və müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının lideri Artur Vanetsyan çıxış edirlər. Ermənistanın ikinci prezidentinin oğlu Levon Köçəryanın timsalında isə “ədalət uğrunda mübarizə” imicini formalaşdırmağa cəhdlər edilir.
“Ermənistanı və Qarabağı xilas et” hərəkatı liderlərinin planına görə, on minlərlə marginal İrəvanın küçə və meydanlarına çıxaraq Nikol Paşinyanın “kapitulyant” siyasətindən narazılıq nümayiş etdirməli idi. Ancaq ötən günlər göstərdi ki, “Ermənistanı xilas etmək” istəyənlər dəfələrlə azdır.
Əvvəlki kimi xalqdan gözlənilən dəstəyi ala bilməyən müxalifətçilər keçmiş hakimiyyətin əlaltılarının qaldığı strukturlar vasitəsilə hərəkətə keçməyə qərar veriblər. Məsələn, Ermənistan Baş Prokurorluğu vasitəsilə. Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyan bu vəzifəyə 2016-cı ildə keçmiş prezident Serj Sarkisyanın dövründə təyin edilib.
Aprelin 26-da Ermənistan Baş Prokurorluğu İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınlarının baş nazir Nikol Paşinyanın Cinayət Məcəlləsinin bir sıra maddələri (o cümlədən dövlətə xəyanət) üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı tələbini müstəntiqin baxılmasına göndərib. Mayın 4-də isə “Ermənistan” fraksiyasının deputatı Artur Kazinyan öz “facebook” səhifəsində yazıb ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dolayısı ilə Nikol Paşinyanın dövlətə xəyanət və digər cinayətlər törətməkdə ittiham oluna biləcəyini təsdiqləyib. Onun sözlərinə görə, Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatət rədd edilməyib, qərarın qəbulu üçün əsas hallar aydınlaşdırılana qədər təxirə salınıb.
Lakin revanşistlərin belə bir addımı, çətin ki, özünü doğrultsun. 44 günlük müharibədəki məğlubiyyətdən bir neçə ay sonra Ermənistanın Baş Qərargahının Paşinyanı satqın adlandıraraq istefaya çağırmasını yaxşı xatırlayırıq. Lakin sonda strukturun rəhbərliyi, o cümlədən bu gün heç kimin xatırlamadığı Baş Qərargah rəisi Onik Qasparyan işdən çıxarılıb. Baxmayaraq ki, Baş Qərargah kimi qurumun hakimiyyət ilə mübarizə üçün (Baş Prokurorluqla müqayisədə) daha geniş alətləri var. Buna görə də, çox güman ki, Paşinyana qarşı başlanan istintaq, sadəcə, baş prokurorun dəyişikliyi ilə yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

