Ukrayna mövzusu “ikinci plana” keçir?
11.03.2026 [08:58]
Danışıqlar təxirə salınır, silah təchizatı gecikir - diqqət Yaxın Şərqə!
Yaxın Şərqdə cərəyan edən hadisələr bütün dünya tərəfindən diqqətlə izlənilir. Qeyd edək ki, müharibənin gedişi tək region ölkələri üçün əhəmiyyət daşımır - eyni zamanda, Avropa qitəsi, xüsusilə Mərkəzi Avropa bu müharibədən təsirlənir. Ekspertlərin fikrincə, Yaxın Şərqdəki müharibə qlobal gündəmi dəyişdirir və eyni zamanda Ukrayna müharibəsini ikinci plana keçirir. Bu, həm avropalı siyasətçilər, həm də rəsmi Kiyev tərəfindən etiraf olunur. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə genişlənən müharibənin Ukrayna müharibəsinə diqqəti azaltdığını açıq şəkildə bəyan edib. O, son açıqlamalarında bildirib ki, “Dünyanın diqqətinin Yaxın Şərqdəki münaqişəyə yönəlməsi Ukraynadakı vəziyyətə təsir göstərə bilər. Daha az diqqət daha az dəstək deməkdir. Daha az dəstək isə daha az hava müdafiəsi deməkdir”. Zelenski eyni zamanda vurğulayıb ki, ABŞ-ın dəstəklədiyi Ukrayna üzrə bəzi görüşlər Yaxın Şərqdə artan gərginliyə görə təxirə salınıb, çünki beynəlxalq tərəfdaşların diqqəti hazırda həmin regiondakı müharibəyə yönəlib. O, həmçinin qeyd edib ki, Yaxın Şərqdəki gərginlik uzanarsa, bu vəziyyət Ukraynaya hərbi və siyasi dəstəyin azalması riskini yarada bilər.
Müvəqqəti “taym-aut”...
Göründüyü kimi, bu gün dünyanın diqqəti sürətlə Avropadan Fars körfəzinə yönəlib. Kiyev üçün bu, illərdir davam edən Rusiya-Ukrayna müharibəsinin tədricən dünya siyasətinin arxa planına keçmə riski deməkdir. Beynəlxalq diplomatiyada bunun analogiyası çoxdur - köhnə böhran “unudulmuş müharibəyə” çevirir. Ukrayna müharibəsinin diplomatik yolla həlli üzrə prosesin “ləngiməsi” ilə bağlı isə artıq siqnallar verilir. Martın əvvəlində Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya arasında danışıqlar təxirə salınıb, lakin hələlik alternativ tarix müəyyən edilməyib. Bu fasilə yalnız strateji “taym-aut” da sayıla bilər: danışıqlar prosesi rəsmi olaraq dayandırılmayıb, faktiki olaraq təxirə salınıb.
Almaniya kansleri Fridrix Mertsin martın 3-də reallaşan Amerikaya səfəri zamanı bu məsələ gündəmə gəldi - Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının “çox yüksək prioritet” olaraq qaldığını bildirsə də, danışıqları davam etdirmək üçün heç bir konkret addım və ya yeni təşəbbüs açıqlamadı. Amma Yaxın Şərqlə bağlı şərhlərində Co Bayden administrasiyasının ABŞ hərbi resurslarının əhəmiyyətli bir hissəsini Ukraynaya verdiyini bildirdi - siyasi mütəxəssislər Trampın bu fikirlərini Kiyev üçün həssas məqam sayır. Belə ki, artıq Yaxın Şərq proseslərinin hərbi yardımın yenidən bölüşdürülməsi amilini ortaya çıxarması təhlükəsi yaranır.
Ukraynanı nə gözləyir?
Yaxın Şərqdəki münaqişə Ukrayna üçün həm də Avropanın yardımı nöqteyi - nəzərindən sərf etmir - bir sıra ekspertlər ən kiçik ehtimal olsa da, Avropa dövlətlərinin müharibəyə cəlb olunacağı təqdirdə Ukraynanın hazırda nisbətən sabit olan arxa cəbhəsinin zəifləyə biləcəyini iddia edirlər. Düzdür, bəzi ölkələr epizodik də olsa qarşıdurma ilə bağlı bəyanatlar səsləndirsələr də, hələlik ciddi şəkildə müharibəyə qoşulma faktı qeydə alınmayıb.
Ortada olan ən mühüm məsələ hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Xarici KİV-lərin yazdığına görə, artıq Avropa Parlamentinin üzvləri də Yaxın Şərq müharibəsinin Ukraynanı arxa plana keçirdiyini, xüsusilə hava hücumu təhlükəsi ilə üz-üzə qoyduğunu bildirir. Bu barədə Avropa Parlamentinin üzvü Anna-Maya Henriksson Finlandiyanın “Yle” nəşrinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi əməliyyatların davam etdiyi həftə ərzində Brüsseldə bütün müzakirələrin İrana doğru yönəldiyi, Ukraynanın isə əvvəlkindən daha az müzakirə olunduğu diqqət çəkib. Parlament üzvü qeyd edib ki, Avropanın maliyyə dəstəyi olmadan Kiyev kəskin maliyyə çatışmazlığı ilə üzləşəcək.
“Politico”nun yazdığına görə isə, Avropa ABŞ-ın diqqətinin yayınmasının Rusiyanı sülhə məcburetmə marağının itirilməsinə səbəb olacağından qorxur. “Politico”nun məlumatına görə, “ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli münaqişəyə qarışmasının nəticələri siyasidən daha ciddi ola bilər: Ukrayna gündəlik Rusiya raket zərbələrini dəf etmək üçün lazım olan Amerika silahlarını itirə bilər, çünki Amerika qüvvələri onları İrana qarşı çoxlu miqdarda istifadə edir”, - deyə nəşr qeyd edib. “Atəş gücünün əhəmiyyətli bir hissəsi, o cümlədən tutucular və digər raketlər tükənib. ABŞ ehtiyatlarını doldurmalıdır, bu da o deməkdir ki, Avropa və ya Ukrayna daha az alacaq,” yazan nəşr onu da vurğulayıb ki, Avropa ölkələri hava hücumundan müdafiə sistemlərinin hazır ehtiyatlarına malik deyillər.
11 dövlət rəsmi Kiyevə müraciət etdi
Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra verdiyi bəyanatda İran istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizədə Ukraynanın təcrübəsinə qlobal marağın artdığını bildirib. Zelenski artıq 11 dövlətin bu məsələdə kömək üçün rəsmi Kiyevə müraciət etdiyini açıqlayıb. Prezidentin sözlərinə görə, müraciət edən ölkələr arasında İranın qonşuları, Avropa dövlətləri və ABŞ da var: “Ukraynanın həyatı qorumaq təcrübəsinə, müvafiq tutucu vasitələrə, Radioelektron Mübarizə (REM) sistemlərinə və təlimlərə aydın maraq var. Ukrayna, bizim özümüzə ukraynalıların həyatını və müstəqilliyini qorumağa kömək edənlərin sorğularına müsbət cavab verməyə hazırdır. Artıq sorğuların bir hissəsinə konkret həll yolları və dəstəklə cavab vermişik”.
Ekspertlər qeyd edirlər ki, Ukrayna ordusu son iki il ərzində “Şahid-136/131” tipli dronların kütləvi hücumlarını dəf etmək üçün unikal mobil atəş qrupları və REM şəbəkəsi yaradıb. Bu təcrübə hazırda Yaxın Şərqdə davam edən “Epik Qəzəb” əməliyyatı fonunda xüsusilə aktuallaşıb, çünki İranın qonşuları və Qərb müttəfiqləri oxşar dron hücumları ilə üz-üzədirlər. Zelenski həmçinin vurğulayıb ki, bu əməkdaşlıq Ukraynanın müdafiə sənayesinin beynəlxalq səviyyədə güclənməsinə və yeni texnoloji tərəfdaşlıqlara yol açır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

