Dekabrın 25-dək...
09.12.2025 [09:15]
Qəzzada sülh planının ikinci mərhələsi elan ediləcək
Qəzzada təxminən 70 min insanın ölümünə, 170 min nəfərin isə müxtəlif dərəcədə xəsarət almasına, bölgədə infrastrukturun, yaşayış məntəqələrinin tamamilə dağılmasına səbəb olan amansız müharibədən sonra regionda sülh prosesi çətin olsa da, irəliləyir. Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması bu istiqamətdə atılan çox mühüm addım oldu. Ötən dövrdə atəşkəs müəyyən fasilələrlə pozulsa da, müharibənin intensivliyi artıq arxada qalıb. BMT, vasitəçi ölkələr, bütövükdə beynəlxalq ictimaiyyət sülhə çağırış edir.
Eyni zamanda, müharibəni bitirmək təşəbbüsünün müəllifi olan Donald Trampın 25 dekabra qədər Qəzzada sülh planının ikinci mərhələsinin başlanacağını elan etməyi planlaşdırdığı haqda xəbərlər yayılıb. Bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verib. Məlumata görə, Tramp Milad bayramından əvvəl Qəzzada sülh prosesinin ikinci mərhələsinə qədəm qoyulduğunu elan etmək və anklavın idarəçiliyi üçün yeni bir struktur təqdim etmək niyyətindədir. Qeyd edək ki, Donald Tramp sülh prosesini 59 ölkənin dəstəklədiyini bəyan edərək, bunun əhəmiyyətli beynəlxalq dəstək olduğunu vurğulayıb.
BMT TŞ-nin 15 üzvündən 13-nün dəstəklədiyi plan
Qəzzada əvvəllər də sülh razılaşmasına nail olunmasına cəhdlər edilib. Lakin həmin cəhdlər uğursuz alınıb ki, bunun da əsas səbəbi beynəlxalq həmrəyliyin yetərincə olmamasından qaynaqlanıb. Oktyabrın 13-də başlayan sülh prosesi isə daha uzunmüddətlidir və onun sonadək təmin edilməsinə ABŞ başda olmaqla beynəlxalq birlik, o cümlədən də region dövlətləri israrlı yanaşmalar sərgiləyirlər. Qəzzada sülh planının birinci mərhələsində atəşkəsin əldə edilməsi, əsir və girovların (ölənlərin nəşlərinin qaytarılması da daxil olmaqla) mübadiləsi nəzərdə tutulmuşdu. Bu şərtlər, müəyyən istisnalarla, demək olar ki, təmin olunur. O cümlədən atəşkəsin pozulması hallarının qarşısı da alınır.
Qəzzada sülh və yaxud Tramp planının ikinci mərhələsi noyabrın 17-də BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul olunan müvafiq qətnamə ilə təsdiqlənib. Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü, o cümlədən Böyük Britaniya və Fransa qətnamənin lehinə səs verib. Rusiya və Çin bitərəf qalıb, lakin veto qoymaq hüququndan istifadə etməyib. Qətnamədə Fələstin dövlətinin yaradılması perspektivi də qeyd olunur. Bu müddəa ərəb dövlətlərinin təkidi ilə sənədə daxil edilib.
BMT TŞ-də qəbul olunan qətnamə Donald Trampın uyğun təkliflərinə əsasən hazırlanıb. Trampın 20 bəndlik planında müharibənin dərhal sona çatması, İsrail qüvvələrinin razılaşdırılmış xətlərə çəkilməsi, bu prosesdə hava hücumları və artilleriya bombardmanının dayandırılması, bütün əsirlərin (sağ və ya cəsəd) qaytarılması, Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərk-silahı üçün ərəb dövlətlərinin öhdəlik götürməsi, İordan çayının qərb sahili, Colan təpələri və Qüds məsələsində İsrailin suverenliyinin tanınması kimi məsələlər öz əksini tapıb.
Qəzza necə idarə olunacaq?
Əsas məsələlərdən biri Qəzzanın idarəçiliyinin təşkili ilə bağlıdır. Münaqişənin çoxillik tarixi nəzərə alınmaqla bu, son dərəcə həssas məsələ kimi dəyərləndirilir. Sülh planının ikinci mərhələsində bunun prioritetliyi nəzərə alınıb. Planda Qəzzanın ən azından yaxın perspektiv üçün idarəçiliyində yerli və beynəlxalq qüvvələrin iştirakçılığının təmin olunması nəzərdə tutulub. Belə ki, ərazi müvəqqəti olaraq texnokrat və qeyri-siyasi bir Fələstin komitəsi tərəfindən idarə olunacaq. Komitəyə beynəlxalq ekspertlərdən ibarət “Sülh Şurası” nəzarət edəcək. Fələstin rəhbərliyi lazımi islahatları tamamlayaraq Qəzzanı nəzarətinə alana qədər zolağın yenidən qurulması və maliyyələşdirilməsi bu qurum tərəfindən idarə ediləcək, HƏMAS və başqa silahlı qruplar Qəzzanın idarəetməsində heç bir rol almayacaq, tunellər və silah istehsalı obyektləri dağıdılacaq, yenidən inşa edilməyəcək. Şuraya Donald Tramp, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və adları sonradan açıqlanacaq başqa tanınmış şəxslər daxil olacaq.
Plana əsasən, Qəzzada yeni Fələstin polisinin yaradılmasını da nəzərdə tutur. İndiyədək Qəzzadakı polis HƏMAS-a tabe idi. HƏMAS üçün bu, silahı təhvil vermək tələbinə bərabərdir.
BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzanın bərpasının maliyyələşdirilməsi mexanizmini də təsdiqləyir. Bu prosesə Dünya Bankının təminatı altında fəaliyyət göstərəcək xüsusi trast fondu nəzarət edəcək.
Sülh planının ikinci mərhələsində həmçinin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin formalaşdırılması da yer alır. Bu qüvvələr bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət olacaq və şuranın tabeçiliyində fəaliyyət göstərəcək. Beynəlxalq Sabitləşdirmə Qüvvələri təhlükəsizlik sahəsində vəziyyəti sabitləşdirəcək, Qəzzanın demilitarizasiyasını dəstəkləyəcək, terrorçu infrastrukturunu sökəcək, silahları istifadədən çıxaracaq və Fələstin mülki əhalisinin təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, onların vəzifəsi həm də mülki əhalini və humanitar yardım yollarını qorumaq olacaq. Lakin hələlik Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində konkret hansı ölkələrin yer alacağı barədə məlumat verilmir. Bütövlükdə region dövlətlərindən Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə və İordaniyaya Qəzzada sülh planını dəstəkləyirlər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

