Almaniya qırıcıları Belarus sərhədində...
06.08.2025 [11:25]
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO dəfələrlə Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. NATO-nun öz sərhədlərinə yaxınlaşmasını qəbul etməyən rəsmi Moskva bu tipli hərbi təlimləri də qəbulolunmaz hesab edir. Bu dəfə isə alyans üzvləri Rusiyanın ən yaxın müttəfiqinin - Belarusun sərhədlərinə yaxınlaşır. Belə ki, Almaniya ilk dəfə olaraq “Eurofighter Typhoon” tipli döyüş təyyarələrini Polşaya yerləşdirib. Bu barədə Polşa Ordu Komandanlığı avqustun 4-də “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, NATO-nun kollektiv müdafiə çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd “Eurofighter EF-2000 Typhoon” qırıcı təyyarəsi yaxın həftələrdə Minsk Mazovetski şəhərindəki 23-cü Taktiki Hava Bazasında yerləşdiriləcək.
Təyyarələr alyansın Şərq cinahını qoruyacaq
Təyyarələr alyansın şərq cinahında hava hücumundan müdafiə əməliyyatlarını dəstəkləyəcək. Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) DPA agentliyinə bildirib ki, avqustun 5-dən etibarən Varşavanın şərqindəki aerodromda yerləşdirilən qırıcılar burada bir aydan az qalacaqlar. Onlara xidmət göstərmək üçün təxminən 150 nəfərlik Bundesver hərbçisi də əraziyə ezam olunacaq. Qurumun məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələri hələ apreldən etibarən Polşanın hava məkanının qorunmasına yardım edir. Daha əvvəl alman qırıcıları Rostok yaxınlığındakı aerodromdan uçuşlar həyata keçirirdi. Polşa tərəfi onların yenidən Minsk Mazovetskiyə yerləşdirilməsini xahiş edib.
Qeyd edək ki, Minsk Mazovetski yaxınlığındakı aviabaza Belarusla sərhəddən 100 km, Ukrayna ilə sərhəddən isə 160 km məsafədə yerləşir. Polşa Hərbi Hava Qüvvələri bu bölgədən Rusiyanın Ukraynanın qərb hissəsinə endirdiyi hücumlara cavab olaraq bir neçə dəfə qırıcılarla havaya qalxıb. “Luftwaffe” sözçüsü Almaniyanın “Bild” qəzetinə açıqlamasında bildirib ki, alman qırıcılarının Polşaya göndərilməsi ilk dəfədir ki, baş verir. Almaniya Müdafiə Nazirliyi isə nəşrə açıqlamasında qeyd edib ki, qırıcılar Polşa hava məkanının mümkün pozulması hallarına dərhal reaksiya vermək imkanına malik olacaq. “Bild”in məlumatına görə, onlar ən azı sentyabrın 3-dək Polşada qalacaqlar.
Avropa ölkələri müdafiə tədbirlərini artırır
Məlumdur ki, müharibə başlayandan NATO ölkələri Kiyevə milyardlarla dollar həcmində hərbi yardımlar göstərir. Bununla belə, alyans Ukraynaya qoşun göndərməkdən çəkinir. Çünki bu, birbaşa onun Rusiya ilə müharibəyə cəlb olunmasına gətirib çıxaracaq. Amma Moskva Kiyevə hərbi yardımların edilməsini NATO-nun faktiki olaraq münaqişəyə qoşulması kimi dəyərləndirir. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çalışsa da, heç bir nəticə əldə edə bilmir. Ona görə də, Avropa ölkələri Ukraynaya dəstək üçün yeni imkanlar axtarışındadırlar.
Avropa ölkələri Rusiyanın Ukraynaya hərbi təcavüzünü özləri üçün də təhdid sayırlar. Bu səbəbdən, Ukraynaya dəstəklə yanaşı öz hərbi güclərinin artırılmasını hədəfləyirlər. Məsələn, Almaniya Silahlı Qüvvələri ölkənin “Rheinmetall” müdafiə konserninə ümumi dəyəri təqribən 770 milyon avro olan 1000-dən çox logistika nəqliyyat vasitəsinin tədarükü üzrə sifariş verib. Bununla bağlı şirkətin bəyanatında bildirilib ki, sifariş dəyişdirilə bilən gövdəyə malik 963 maşını və 425 qorunmayan nəqliyyat vasitəsini (UTF) əhatə edir. Sifariş edilən 1,4 minə yaxın nəqliyyat vasitəsinin tədarükü bu ilin sonuna qədər həyata keçiriləcək.
Niderland isə Ukraynaya “Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla, 500 milyon avro dəyərində ABŞ silahları verəcək. Bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib: “Ukraynanın təcili olaraq əlavə hava hücumundan müdafiə sisteminə və döyüş sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində ABŞ silahlarını (“Patriot” sisteminin komponentləri və raketləri də daxil olmaqla) təqdim edən ilk NATO ölkəsi oldu”. R. Brekelmansın sözlərinə görə, silahların tədarükü Ukraynaya təkcə ölkənin deyil, bütün Avropanın təhlükəsizliyini təmin etməyə kömək edəcək.
“Rusiya ilə NATO-nun birbaşa hərbi toqquşması real görünmür”
Mövcud vəziyyət, Almaniyanın Polşada hərbi təyyarələrini yerləşdirməsi Şərqi Avropanın müharibə təhlükəsi ilə üz-üzə qalmasının göstəricisi ola bilərmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, atəşkəs təkliflərinə baxmayaraq Ukraynada müharibə şiddətlənir və Rusiyanın hücumları artır. Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər Ukraynaya həm humanitar, həm də silah yardımı göstərir: “Alyansa daxil olan bir sıra ölkələr Ukraynaya hərbi dəstəyini artırır, bu ölkəyə müasir silahlar verir. Buraya hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr də daxildir. Doğrudur, NATO açıq şəkildə müharibəyə qoşulmayıb, amma üzv dövlətlər Ukrayna ilə əməkdaşlıq çərçivəsində hərbi dəstək göstərirlər. NATO təşkilat olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, işğalı pislədiyini birmənalı şəkildə bəyan edib. Alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu iki dəfə artırıb. İspaniya, Hollandiya, Danimarka da hərbi varlığını gücləndirmək üçün addımlar atır. Yəni, gərginlik fonunda Şimali Atlantika Alyansı Şərqi Avropada mövcudluğunu gücləndirib”.
Bununla belə, ekspert hesab edir ki, Almaniyanın Belarusla sərhədlərin yaxınlığına qırıcılar yerləşdirməsi müharibənin gedişinə təsir göstərməyəcək. Bu addım, sadəcə, NATO-nun ənənəvi müdafiə xarakterli addımıdır. Nəzərə almaq lazımdır ki, Almaniyanın qırıcıları Polşa ərazisində təxminən bir ay qalacaq. “Əgər potensial hücum təhlükəsi yaranarsa, əlbəttə, hansısa addımlar atıla bilər. Amma hazırda nə NATO, nə də Rusiya birbaşa hərbi toqquşmaya getmək niyyətində deyil”,-deyə ekspert vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

